Paşinyanın istefasını tələb edən 35 müxalifətçi saxlanıldı
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın istefasını tələb edən 35 müxalifətçi saxlanıldı

Ermənistanın müxalif qüvvələrinin Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb etdikləri növbəti etiraz aksiyasında 35 nəfər saxlanılaraq polis bölmələrinə aparılıb.

Publik.az xəbər verir ki, aksiya zamanı etirazçılar Yerevanın mərkəzi prospektlərindən birini bağlamağa çalışsalar da, polis bu cəhdin qarşısını alıb. Amma kütlənin bir hissəsi Hökumət binasına doğru yürüş etməyə nail olub.

Qeyd edək ki, Yerevanda müxalifətin etiraz mitinqləri ara vermir, nümayişçilər Paşinyanın Dağlıq Qarabağda atəşkəsə dair müqavilə imzalaması səbəbindən onun istefasını tələb edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm