SON DƏQİQƏ: Ermənistan çalxalanır - ATIŞMA BAŞLADI
Bizi izləyin

Cənubi Qafqaz

SON DƏQİQƏ: Ermənistan çalxalanır - ATIŞMA BAŞLADI

Ermənistanın paytaxtı İrəvanda atışma baş verib.

Publika.az news.am-a istinadla xəbər verir ki, bu barədə paytaxtın Polis İdarəsinin Operativ İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında olub.

Polis əməkdaşları hadisə yerində avtomat və tapançadan atılan iyirmidən çox patron və üstündə qan izləri olan taxta dəyənək tapıblar.

Hərbi universitetin daş hasarında da müvafiq izlər aşkarlanıb. Hazırda polis hadisəni törədənləri tapmaq məqsədilə bütün xəstəxanaları məlumatlandırıb.

Baş vermiş hadisə nəticəsində güllə yarası alan İrəvan sakini, 29 yaşlı Gürgen P.-nin xəstəxanaya aparıldığı məlum olub.

Faktla bağlı cinayət işi başlanıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm