Ermənistanın ümumi itkiləri AÇIQLANDI - DƏHŞƏTLİ RƏQƏMLƏR/VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın ümumi itkiləri AÇIQLANDI - DƏHŞƏTLİ RƏQƏMLƏR/VİDEO

Video əlavə olunub.

xxx

Ermənistanın müharibədə rəsmi və digər mənbələrin açıqladığı itkilərlə yanaşı, 1400-dən çox hərbçisi də itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə “politik.am” saytı hərbi mənbələrə istinadən yazır.

Sayt qeyd edir ki, itkin düşən 1400 hərbçinin əksəriyyəti ölüb: “Lakin cəsədləri hələki təhvil alınmayıb”.

Bununla yanaşı, sayt hazırda müxtəlif morqlarda şəxsiyyəti dəqiqləşdirilməyən 700 cəsədin olduğunu da yazır.

“Ermənistan hakimiyyəti reallığı saxtalaşdırmağa, narazılığa səbəb ola biləcək məlumatları ictimaiyyətdən gizlətməyə davam edir. İndiyə qədər nə qədər itki, yaralı və itkin düşənin olduğunu rəsmi olaraq açıqlanmayıb. İndiyə qədər 3 mindən çox itkinin olduğu deyilir. Keçmiş səfir Minasyan isə 4750 hərbçi itirdiyimizi açıqlayıb. Bəzi informasiyalar Minasyanın dediklərini doğru çıxarır”, - sayt yazır.

Qeyd edək ki, Ermənistan tərəfinin itkiləri haqqında belə informsiya yayılmışdı: 8.472 ölü, 13.000 yaralı, 502 əsir, 3.000 itkin.

“Ekspert.ru” saytı isə yazırdı: “Ermənistan Qarabağa yığdığı 80 min əsgərin 30-40 faizini (20-30 min) itirdi”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm