Erməni nazir itkilərin sayını AÇIQLADI
Bizi izləyin

Cənubi Qafqaz

Erməni nazir itkilərin sayını AÇIQLADI

Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində ölənlərin sayı ilə bağlı son statistikanı açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə səhiyyə naziri Arsen Torosyan sosial şəbəkədəki hesabında bildirib.

Onun sözlərinə görə, müharibədə 3 360 hərbi qulluqçu həlak olub. Bundan əlavə 2 500-dən çox məhkəmə-tibbi ekspertiza keçirilib.

Qeyd edək ki, hazırda ermənilər hərbi əməliyyatların keçirildiyi ərazilərdə itkin düşən hərbçilərin axtarışlarını davam etdirirlər.

Yerli mətbuat Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. Bir sıra hərbi ekspertlər, Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan müharibədə azı 4 750 nəfərin həlak olduğunu etiraf edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm