Cənubi Qafqaz
Gümrüdə Rusiya əsgəri diri-diri yanaraq ÖLDÜ - (YENİLƏNDİ)
Ermənistanın Gümrü şəhərində qəzaya düşən 102-ci Rusiya hərbi bazasının müqaviləli hərbçisi barədə Cənub Hərbi Dairə informasiya yayıb.
Bildirilib ki, avtomobilin idarəetməsini itirib və səhv yerdə dayanan yük maşını ilə toqquşub.
“Qəza nəticəsində avtomobil yanıb. Hərbi qulluqçu aldığı xəsarətlərdən yerindəcə ölüb”, - açıqlamada deyir
xxx
11:47
Ermənistanın Şirak bölgəsində dəhşətli yol qəzası olub.
Publika.az xəbər verir ki, yanvarın 23-nə keçən gecə ölkənin Fövqəladə Hallar Nazirliyinə Gümrüdəki Bulvarain küçəsində bir avtomobilin yanması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn xilasedicilər bir kişiyə məxsus “Opel Astra” markalı avtomobilin qoşqulu yük maşınına çırpıldığını aşkar edib. Hadisə nəticəsində meydana gələn yanğın söndürülüb, xilasedicilər sürücünün cəsədini avtomobildən çıxarıb.
Onun 25 yaşlı Rusiya vətəndaşı L.X.olduğu bildirilir.
“Shamshyan.com” kriminal xəbər saytı sürücünün Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisi Leonid Xomyakov olduğunu dəqiqləşdirib.
Zümrüd
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
















.jpg)







.jpg)














