İMZALAR ATILIR: Novruz Gürcüstanın milli bayramı ola bilər
Bizi izləyin

Cənubi Qafqaz

İMZALAR ATILIR: Novruz Gürcüstanın milli bayramı ola bilər

Novruz bayramının Gürcüstanda milli bayram elan olunması tələbi ilə petisiya hazırlanıb.

Publik.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, müraciətin müəllifi ictimai fəal Samirə Bayramovadır.

Azərbaycan və gürcü dillərində olan petisiya www.manifest.ge saytında yerləşdirilib və 2 min imza toplandıqdan sonra Gürcüstan parlamentinə ünvanlacaq.

Sənəddə bildirilib ki, Gürcüstan etnik rəngarəngliyi ilə seçilir və bu da ölkənin zənginliyidir: “Uzun illərdir ki, Gürcüstanda inteqrasiya siyasəti həyata keçirilməyib. Ölkədə yaşayan müxtəlif etnik azlıqların nümayəndələri Gürcüstanı öz vətənləri hesab edirlər, lakin ölkənin siyasi və ya mədəni həyatında onların iştirakı demək olar ki, görünmür”.

Petisiya müəllifi hesab edir ki, xalqları bir-birinə bağlayan və yaxınlaşdıran onların mədəniyyətidir: “Bu birliyi qeyd etmək üçün mükəmməl nümunə - UNESCO-ya qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz bayramıdır. Gürcüstanda Novruz uzun əsrlərdir qeyd edilir. Bunu məşhur gürcü poeması “Pələng dərisi geymiş pəhləvan” sübut edir. Novruzun milli bayram elan edilməsi Gürcüstanda yaşayan müxtəlif etnik qrupların dostluğunun möhkəmlənməsində, mədəni və sosial əlaqələrin güclənməsində mühüm rol oynayacaq. Dövlət tərəfindən bu qərarın verilməsi ölkəmizin çoxmədəniyyətli keçmişinin, bu gününün tanınmasına və gələcəkdə gücləndirilməsinə yönəlmiş mühüm bir siyasi mesaj olacaq”.

Müraciətin qanunverici orqan tərəfindən nəzərə alınması üçün 2 min imza toplanmalıdır. Petisiyaya imza üçün link https://manifest.ge/main/item/3197

Oxumağa davam et
Reklam
Reklam

Gündəm