Cənubi Qafqaz
Erməni hərbçisini Bakı həbsxanasından 15 min dollara "çıxarmaq" istədi - Atasına dedi ki...
Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı itkin düşən G.A adlı əsgərin atasından rüşvət alan dələduz saxlanılıb.
Publika.az xəbər verir ki, V.G. çağırışçının Qarabağdakı müharibə zamanı itkin düşdüyünü öyrənərək 2021-ci ilin yanvarında onun atası ilə əlaqə qurub.
Dələduz əsgərin atasına oğlunu Azərbaycandan qaytaracağını vəd edərək 15 min dollar istəyib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti mətbuat mərkəzindən bildirilib ki, V.G. əsgər atasına guya xarici ölkələrdə əlaqələri olduğunu və oğlunun harada olduğunu aydınlaşdırdığını söyləyib (verdiyi məlumata görə, erməni əsgəri guya Azərbaycan həbsxanalarından birindədir).
O, eyni zamanda, əsgərin üçüncü bir ölkə vasitəsilə vətəninə dönməsini təşkil etmək üçün 30 min dollara ehtiyac olduğunu deyib. Cinayətkarın iddiasına görə, guya bu məbləğin 15 min dolları "Ağ Xaç" təşkilatı tərəfindən ödənilib. Qalan 15 mini əsgərin atası tərəfindən qarşılanmalıdır. İzlərini örtmək üçün V.G. əsgər atasına pul köçürməsini kredit verilməsi kimi rəsmiləşdirməyi təklif edib.
O, dələduzluq yolu ilə 15 min dollar alıb, bundan dərhal sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, bu, Qarabağ müharibəsindən sonra Ermənistanda ilk belə hadisə deyil.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Zümrüd
-
Hadisə23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi