Cənubi Qafqaz
Gürcüstanda iqtidar müxalifətin diqtələrini qəbul etdi: "Parlamentə gəlin"
"Hesab edirəm ki, artıq parlamentə qayıtmaq vaxtı gəlib çatıb. Biz onlara deyirik ki, parlamentə gəlin. Düşünürük ki, ictimaiyyətin problemlərini həll etmək üçün, biz birlikdə qərarlar verməliyik".
Publika.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri parlamentin sədri, Arçil Talakvadze müxalifətlə dialoqu şərh edərkən deyib.
Onun sözlərinə görə, hakim partiya razılığın əldə edilməsi üçün müəyyən addımlar atacaq:
"Biz müxalifətlə siyasi dialoq prosesinə Gürcüstanın avropalı dostlarının da qatılmasını alqışlayırıq. Bu addım razılığın ədalət prinsipləri çərçivəsində əldə edilməsinin şanslarını artırır. Bununla biz ictimaiyyətimizin sifarişi ilə birlikdə daha da konstruktiv əməkdaşlıq mərhələsinə keçəcəyik. Razılığın əldə edilməsi üçün ədalətli prinsiplər çərçivəsində addımlar atacağıq. Mövcud siyasi problemi bağlamaq üçün biz tərəfdə yetərincə motivasiya var. Mövcud problemi həll etdikdən sonra isə birlikdə cəmiyyətimizi narahat edən problemlərin həllinə başlamalıyıq", - deyə Arçil Talakvadze bildirib.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielsonun iştirakı ilə, sabah hakimiyyət nümayəndələri və müxalifət arasında danışıqların beşinci mərhələsi keçiriləcək.
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



























.jpg)






.jpg)


