Cənubi Qafqaz
Ermənistanın Baş Qərargah rəisi müharibənin 4-cü günündə NƏLƏR DEYİB? - SƏS YAZISI ÜZƏ ÇIXDI
Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın müharibənin 4-cü günündə keçirilən Təhlükəsizlik Şurasının iclasındakı çıxışının bir hissəsinin səs yazısı yayılıb.
Publika.az xəbər verir ki, Təhlükəsizlik Şurasının yaydığı səs yazısında Qasparyanın cəbhə xəttində əməliyyat şəraitinin dəyişmədiyini, Azərbaycan ordusunun hərəkətinin müşahidə olunmadığı sözləri əksini tapır.
Qasparyan bildirir ki, erməni qoşunları vəzifəsini uğurla yerinə yetirir: “Bu səhər Cəbrayıl istiqamətində əks-hücum həyata keçirmişik və uğur qazanmışıq”.
O, çıxışının sonunda qarşıya qoyulan vəzifələrin icra edildiyini və sona qədər icra ediləcəyinini bildirir.
Qeyd edək ki, Qasparyan müharibənin 4-cü günündə müharibənin dayandırılmasının zərurəti haqqında məruzə etdiyini, lakin baş nazir Nikol Paşinyanın onu dinləmədiyini iddia edirdi. Paşinyan da Qasparyanın yalan danışdığını bildirmişdi.
Səs yazının yayılmasına münasibət bildirən Onik Qasparyan hakimiyyəti dövlət sirrinin açılmasında ittiham edib.
Asif
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!















.jpg)



.jpg)

.webp)
















