Cənubi Qafqaz
Ermənistanın başqa variantı yox idi, “çox pis” və “faciə” arasında seçim etməli idik - Qasparyan
Bəzi mötərizələri açmalıyıq, amma yayımlanması dövlətimizin mənafelərinə sağalmaz yara vuracaq məlumatlar var. Mənasız ittihamlar səsləndirmək əvəzinə, hərtərəfli araşdırma aparmaq və hər vəzifəli şəxsin günahkarlıq dərəcəsini müəyyənləşdirmək lazımdır.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın ittihamlarına cavab olaraq deyib.
“Razılaşma hamımız üçün çətin olan şərtlər altında qəbul edildi. Biz “çox pis” və “faciə” arasında seçim etməli idik. Birincini seçdik. Həmin vaxt Ermənistanın başqa variantı yox idi və mən üçtərəfli bəyanatı imzalamağa çağırdım. Onda bildirdim ki, təcili danışıqlar aparmaq lazımdır və anklavlarla (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi) bağlı maddəni bəyanatdan çıxarın. Amma digər iştirakçılar məsuliyyətdən qaçaraq ya susdular, ya da emosional açıqlamalar verdilər. Eyni zamanda, baş nazir mənim arqumentlərimi qəbul etmədi və siyasi komandası ilə müzakirədən yalnız bir neçə saat sonra bəyanatı imzaladı. Cəmiyyətin hissləri üzərində oynamayın və ucuz addımlara müraciət etməyin.
Başqa bir sual, niyə bu vəziyyətə gəlmişik və kimin günahı ucbatından müharibə bizim üçün daha əlverişli şəraitdə 19 oktyabrda dayandırılmadı? Hakimiyyət nümayəndələrinin də eyni həvəslə müharibədən əvvəl, müharibə zamanı və müharibədən sonrakı dövrdə onlara edilən bütün təkliflər barədə danışmalarını istərdim (Ağdamın əvəzinə Hadrutun qaytarılması). Əminəm ki, cəmiyyətin bütün suallarına cavab alacağı gün gələcək”, - Qasparyan bildirib.
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...















.jpg)
.png)







.jpg)














