Cənubi Qafqaz
Hadrutu alacam, Şuşanı isə... - Koçaryandan İDDİA/VİDEO
Video əlavə olunub.
xxx
Ermənistanın keçmiş prezidenti, hazırda seçkilərə "Ermənistan" (Hayastan) bloku ilə qatılan Robert Koçaryan seçicilərinə ağlasığmaz və revanşist vədlər verməkdə davam edir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, Köçəryan Hadrutu yenidən "qaytaracağı"na (işğal edəcəyinə) böyük ölçüdə ümid etdiyini bildirib. Dilicanda seçicilərlə görüşdə Koçaryan iddia edib ki, Şuşanın da "qayıdacağına" "qismən inanır".
Onun arqumenti isə belədir: keçmiş və 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin "sərhədi"nin bərpası ilə bu, mümkündür.
Koçaryan deyib ki, bu proses iki il vaxt ala bilər: "Ancaq belə bir ciddi danışıqlar üçün müttəfiqlərlə əlaqələri bərpa etmək lazımdır. Bunun ardınca siz görəcəksiniz ki, bu məsələnin həlli mümkündür. Bu məsələni məndən yaxşı heç kim həll edə bilməz".
Koçaryan davamında Rusiyadakı erməni biznesmenlərlə danışıqlar apardığını, ermənilərin Qarabağa köçürülməsi üçün tikinti işləri görəcəyini də vəd edib. O bildirib ki, bu işə "Hayastan" fondundan 100 milyon dollar ayrıla və kəndlər böyüdülə, çoxsaylı evlər tikilə bilər.
Qeyd edək ki, Koçaryan revanşist iddialarla seçkiyə girib və yenə də xalqı uçuruma aparan vədlər verməklə məşğuldur. İşğalı davam etdirməyə çalışan Koçaryan yeni reallıqları qəbul etməməklə faktiki olaraq Ermənistanın bir dövlət kimi varlığını artıq sual altına alır. Çünki bu işğalçı ünsür hələ də Türkiyənin artıq regionda olduğunu, Azərbaycanın Qafqazın ən qüdrətli dövlətinə çevrildiyini və Rusiyanın Putinin simasında Bakı ilə ciddi müttəfiqlik əlaqələrinə malik olduğunu dərk etmir.
-
ABŞ04:30ABŞ İranda quru əməliyyatını müzakirə edib - Son qərar nə oldu?
-
Qoroskop02:19Günün ulduz falı: daxili səsinizin sizə yol göstərməsinə icazə verin!
-
Hadisə01:40Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
-
Magazin112 İyun 23:35Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video
-
Hadisə12 İyun 21:51Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı
-
İdman12 İyun 21:3911 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
İKT12 İyun 18:40Feysbuk və İnstaqram çökdü - Yeniləndi
-
Nəqliyyat12 İyun 17:031 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir

























.jpg)








