Paşinyan: "İlk nəticələr xalqın qələbəsidir"
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan: "İlk nəticələr xalqın qələbəsidir"

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının qərargahında çıxış edərək, erkən parlament seçkilərinin ilk nəticələrini xalqın qələbəsi adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Paşinyan, ölkədə 20 iyun tarixində keçirilmiş erkən parlament seçkilərindən sonra onun siyasi qüvvəsinin parlamentdə çoxluq təşkil edəcəyinə inanır.

""Vətəndaş Müqaviləsi" partiyasının parlamentdə çoxluq qazandığı onsuz da aydındır. Bütün səslər hələ sayılmayıb, amma inandırıcı səs çoxluğumuza sahib olduğumuz məlumdur", - Paşinyan vurğulayıb.

Paşinyan növbəti günlərdə erkən parlament seçkilərinin bəzi iştirakçıları ilə siyasi məsləhətləşmələrə başlamaq niyyətindədir.

O, KTMT və Aİİ çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm