Saakaşvili hərbi xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili hərbi xəstəxanaya yerləşdirildi

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Tbilisidə saxlanıldığı Qldani həsxanasının klinikasından reanimobillə Müdafiə Nazirliyinin Qori şəhərindəki Giorgi Abramişvili adına hərbi hospitalına köçürülüb.

Publika.az terli mətbuata istinadla xəbər verir ki, onun yerləşdirildiyi palatanın pəncərələrində metal barmaqlıqlar quraşdırılıb, hospital yaxınlığında polis nəzarəti gücləndirilib.

Siyasətçi 50 gündür keçirdiyi aclıq aksiyasını dayandıracağını bildirib.

Gürcüstan ombudsmanı nəzdində yaradılmış həkim qrupunun rəyinə əsasən, uzunmüddətli aclıq nəticəsində M.Saakaşvilidə beyin zədələnməsi ilə xarakterizə olunan nevroloji pozuntu - Vernike ensefalopatiya yaranıb. Həkimlər bu gün onun təcili surətdə çoxprofilli hospitala yerləşdirilməsinə çağırıblar.

Məlumat üçün bildirək ki, Qori hərbi hospitalı 2006-cı ildə M.Saakaşvilinin prezidentliyi dövründə yaradılıb. Çoxprofilli tibbi müəssisənin əsas pasiyentləri hərbçilər, keçmiş hərbi qulluqçular və onların ailə üzvləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm