Cənubi Qafqaz
Türkiyə ilə sərhəd açılsa, Ermənistan nə qədər gəlir əldə edəcək? - Detallar açıqlandı
Türkiyə ilə sərhədin açılması Ermənistana nə verəcək?
Publika.az xəbər verir ki, Ermənistanın Türkiyə ilə sərhədinin açılmasından əldə edəcəyi ilkin mənfəət məlum olub. Bu barədə "Sputnik Ermənistan"a yazılı sorğuya cavab olaraq Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Hesablamalara görə, Marqara keçid məntəqəsi vasitəsilə Türkiyəyə birbaşa yükdaşımalarının başlanması yola sərf ediləcək vaxtın, yanacaq xərclərinin azalmasına və ixrac həcminin artmasına səbəb olacaq. Üstəlik, erməni daşıyıcıları üçüncü ölkələrə tranzit üçün pul ödəməli olmayacaqlar. Nazirlik hesablayıb ki, yeni marşrutla yüklərin daşınması zamanı çəkisi 40 ton olan yük maşını gediş vaxtını təxminən üç saat azaldacaq, yanacağa qənaət isə 75 litr olacaq.
Xatırladaq ki, hazırda Ermənistanla Türkiyə arasında yükdaşımaları əsasən Gürcüstan üzərindən həyata keçirilir. 2022-ci ilin sonunda Türkiyə Ermənistana hava yolu ilə 3,1 ton, yük maşınları vasitəsilə isə 24 903,8 ton yük ixrac edib. Yəni ki, Türkiyədən Ermənistana ixracın həcminin 99,9%-i quru, hava yolunun payına düşür.
Əgər sərhəd açılarsa, Ermənistandan Türkiyəyə və əks istiqamətdə yük daşımaları üç istiqamətdə həyata keçirilə bilər: Axurik, Marqara və Quşakert rayonları vasitəsilə. Lakin bu yöndə işlər hələ də davam etdiyi üçün sərhədin açılmasının faydaları ilə bağlı yekun hesablamalar yoxdur.
Qeyd edək ki, hazırda Ermənistana və geriyə yük maşınları İrəvan-Bavra-Axalkalaki-İstanbul marşrutu ilə hərəkət edir. Bu marşrutun uzunluğu 1755 km-dir. Sərhədin açılacağı təqdirdə istifadəsi nəzərdə tutulan İrəvan-Marqara-İstanbul yolunun uzunluğu isə 1570 km-dir.
Mehti Kamiloğlu
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı




































