Cənubi Qafqaz
Sarkisyanın sabiq cangüdəni həbs edildi

Serj Sarkisyanın keçmiş təhlükəsizlik rəisi həbs edilib.
Publika.az xəbər verir ki, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın təhlükəsizlik xidmətinin keçmiş rəisi Vaçaqan Qazaryan həbs edilib. Bu barədə "Sputnik Armenia"ya vəkil Mher Akopyan məlumat verib.
Vəkil bildirib ki, istintaq sirri ilə bağlı açıqlama verilməməsi barədə müqavilə imzaladığı üçün işin təfərrüatlarını açıqlaya bilməz.
Xatırladaq ki, Vaçaqan Qazaryan 2018-ci il iyunun 25-də "məxməri inqilab"la əlaqədar pulla dolu portfellə bankdan çıxarkən saxlanılıb. Ondan 123 min dollar və 436 milyon dram (904 min dollar) götürülüb. Həmçinin, onun həyat yoldaşının evinə baxış zamanı 35 milyon dram (72,5 min dollar), 1,11 milyon dollar və 230,5 min avro aşkar edilib. Qazaryana məxsus "Yans Club"da isə 1,5 milyon dollardan çox nağd pul aşkarlanıb. O, həbs edilib və daha sonra zaminə buraxılıb.
İstintaq dövründə Qazaryan büdcəyə 5,8 milyon dollar qaytarıb.
Mehti Kamiloğlu

-
Qarabağ 17:48
Tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO
-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb