Cənubi Qafqaz
Separatçılar Köçəryan və Sarkisyanla birləşdi - Paşinyana qarşı yeni plan qurulur
Ermənistanda separatçılarla hakimiyyət arasında bir neçə aydır səngidiyi müşahidə edilən qarşıdurma yenidən aktivləşib.
Publika.az xəbər verir ki, separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan dünən Qarabağda separatizmin başlanmasının ildönümü münasibətilə “Yerablur”u (erməni hərbçilərin məzarlığı) ziyarət etdikdən sonra, onun mühafizəçisi saxlanılıb.
Bununla yanaşı, S.Şahramanyanın özü də korrupsiyaya qarşı mübaribə komitəsinə dəvət olunub. Separatçıların avtomobilləri və özləri ilə gətirdikləri pulların müsadirəsi prosesi başlanıb.
Lakin separatçılar təslim olmaq niyyətində deyil. Proseslər göstərir ki, Qarabağdan Ermənistana qaçan separatçılar revanşistlərdən ibarət müxalifətlə birləşərək, Paşinyana qarşı müqaviməti gücləndirmək istəyir. Dünən İrəvanda keçirilən mitinq də bu planın tərkib hissəsi idi.
Eyni zamanda, separatçı rejimin keçmiş qondarma “parlament üzvləri” gizli görüşlər keçirir, siyasi və ictimai strukturlarla təmasları intensivləşdirir.
“Hraparak” nəşri yazır ki, fevral ayının əvvəlində (qondarma “parlament”) “spiker” Qaqik Baqunts və üç “siyasi qüvvə” – “ədalət”, “demokrat” və “vahid vətən”in nümayəndələri görüşüb. Bu görüşdə Serj Sarkisyanın “Namusum var” fraksiyasının üzvləri tam tərkibdə, Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokundan isə Seyran Ohanyan, İşxan Saqatelyan və digərləri iştirak edib. Görüşdə birgə hərəkət etmək qərarı verilib. Sarkisyan və Koçaryanın nümayəndələri daha sonra Samvel Şahramanyanla da görüşüb.
Asif
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin225 Aprel 18:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq25 Aprel 17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış






































