Cənubi Qafqaz
Müharibə olacaq - Paşinyan Parisdə Bakıya qarşı şok iddia irəli sürdü
Ermənistanın baş naziri Nikol Paşinyan “Azərbaycanın hücum edəcəyi” iddiasını yenidən gündəmə gətirib.
Publika.az xəbər verir ki, Parisdə “France 24” telekanalına müsahibə verən Paşinyan “Azərbaycanın Ermənistana hücumu ehtimalı böyükdür” deyib.
“Bizim vəzifəmiz beynəlxalq platformalarda əldə olunmuş razılaşmalar çərçivəsində bəyan edilmiş 3 prinsipi sülh sazişində ifadə etməkdir. Bu problemləri və rəsmi Bakıdan gələn bəyanatları təhlil edərkən belə qənaətə gəlirik ki, Ermənistana hücum ehtimalı böyükdür”, - o iddia edib.
Nikol Qərbi Azərbaycan məsələsinə toxunub və öz yurdundan deportasiya olunmuş azərbaycanlıların geri qayıtmaq hüququnu rəsmi Bakının Erməniustana qarşı “ərazi iddiası” kimi təqdim edib.
Ermənistanın baş nazirinin bu cür iddiaları beynəlxalq müstəvidə “Azərbaycanı təcavüzkar kimi” göstərmək cəhdidir və Nikol belə iddialarla Qərbdən daha çox dəstək əldə etməyə çalışır.
Asif
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO








.jpg)





























