Cənubi Qafqaz
Rusiya Ermənistanda bundan da məhrum edilir - Bakının nəzarəti güclənir
Ermənistan dəmir yollarının idarəçiliyinin Rusiyadan alınması məsələsində israrlı olan rəsmi İrəvan bu prosesi Moskva ilə qarşıdurma həddinə çatdırmadan həll etməyin yollarını axtarır.
Publika.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə problemin həllində yeni variant təklif edib.
Paşinyan təklif edir ki, Rusiyanın inhisarında olan dəmir yollarının idarəçiliyi həm İrəvan, həm Moskvaya yaxın olan üçüncü ölkəyə verilsin. Erməni baş nazirin fikrincə, Rusiyanın dəmir yollarında idarəetmə modeli Ermınistanın tranzit məsələsində rəqabətqabiliyyətliyini azaldır. Buna görə Qazaxıstan, Qətər, yaxud Birləşmiş Ərəb Əmirliklərinin Rusiyanı əvəzləməsinin mümkünlüyünü irəli sürüb.
Ermənistanda iddia edilir ki, hakimiyyətin bu addımı Bakının istəklərinə uyğundur. Politoloq Tiqran Qriqoryan bu iddia üzərində xüsusilə dayanır.
O bildirib ki, Rusiya tərəfi əvvələr dəmir yolunun sıradan çıxmış hissələrinin bərpası ilə bağlı danışıqların başlandığını açıqlamışdı, lakin görünür, bu mərhələdə Moskvanın öhdəlik götürmək istəyi İrəvan üçün kifayət etmir.
“Fikrimcə, bu, üçüncü tərəfin investisiyaları, yaxud Azərbaycanda dəmir yolunun bərpası üçün mümkün dəstək, xüsusilə Naxçıvandakı hissənin modernləşdirilməsi ilə bağlıdır. Çünki Avropa İttifaqı Naxçıvanın dəmir yolu xətlərinin bərpasına və Ermənistan dəmir yolları ilə birləşməsinə investisiya qoymaq fikrini açıqlayıb. Lakin Avropa İttifaqının investisiya qoyacağı dəmir yollarına Rusiya tərəfindən nəzarət edilməsi məsələni çətinləşdirir.
Paşinyanın açıqlamaları, xüsusilə Rusiyanın mövcud nəzarətinin Ermənistan üçün rəqabətqabiliyyətli olmaması, yeni imkanların qarşısını aldığı haqda dedikləri də bundan qaynaqlanır. Ona görə İrəvan üçüncü tərəflərin istək və tələbi ilə dəmir yollarında Rusiya idarəçiliyinə son qoymaq niyyətindədir”, - erməni politoloq iddia edib.
Asif
-
Elm və təhsil15:12Bəzi məktəblərdə tədris onlayn olacaq
-
Qoroskop14:06Sentyabrda eşqini tapacaq 5 bürc - Yeni həyəcan başlayır
-
Sosial12:483 uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
-
Yaxın Şərq11:24İran ABŞ-ın toyda tökdüyü qanı yerdə qoymayacaq: Görün haraları vuracaq
-
Rəsmi xronika11:15İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik etdi
-
Region09:54Türkiyənin 150 iş adamı Ermənistandadır: İrəvanda nə baş verir?
-
İqtisadi gündəm09:48Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
-
Dünya08:12Səudiyyə Ərəbistanına nüvə icazəsi: Uran 20%-dək zənginləşdirilə bilər









.jpg)













.jpg)













.jpg)
.jpg)