Cənubi Qafqaz
İrakli Kobaxidze: "TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil"
Orta Dəhliz üzrə yük dövriyyəsi 2020-ci ildən bəri yeddi dəfə artıb ki, bu da yeni infrastruktur tələb edir.
Publik.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Open Air” verilişində bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti bu istiqamətdə fəal işləyir.
“Bunlar Anakliya limanının inkişafı, Poti limanının potensial genişləndirilməsi, aviasiya infrastrukturu, sürətli avtomobil yolları və dəmir yolunun modernləşdirilməsidir”, - deyə hökumət başçısı bildirib.
TRIPP marşrutunu rəqib hesab etmədiklərini vurğulayan Kobaxodze deyib: “Orta Dəhlizdə yük dövriyyəsi o qədər artıb ki, şaxələndirməyə ehtiyac var. TRIPP marşrutu və ya hər hansı digər marşrutun Gürcüstandan keçən ənənəvi marşrutlar üçün ciddi problem yaradacağını düşünmürük”.
O qeyd edib ki, plana əsasən 2031-ci ilədək bütün magistral və sürətli avtomobil yolları tikilməlidir. Dəmir yolunun modernləşdirilməsi isə həm qatarların sürətini, həm də yük dövriyyəsini artıracaq.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı















.png)




















