Cənubi Qafqaz
Paşinyan Nəsimidən danışdı: "Cəzasının ən azı bir hissəsini Ermənistanda çəkməlidir"
Zəngəzurun Şəki kəndinə daxil olan azərbaycanlı hərbçi cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcək.
Publika.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatı zamanı "Güclü Ermənistan" blokunun deputatı Andranik Gevorkyanın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir.
"İstintaq aparılmalı, iş məhkəməyə göndərilməli və məhkəmə hökm çıxarmalıdır. Bundan sonra o, cəzasının ən azı bir hissəsini Ermənistanda çəkməlidir", - deyə baş nazir bildirib.
Paşinyan əlavə edib ki, azərbaycanlı hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıblar. Onlar evdə yad adamı görərək bu barədə analarına məlumat veriblər. Bundan sonra qadın polisə zəng edib, lakin özü hadisə yerinə getmək qərarına gəlib və polislərdən əvvəl oraya çatıb.
"Bu, klassik kriminal hekayədir. Əgər onlar polisin gəlməsini gözləsəydilər, heç nə baş verməzdi", - deyə Paşinyan əlavə edib.
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?

















.jpg)




.jpg)






.jpg)









