Tabloid.az
Maykl Ceksonun 31 yaşlı oğlu tapılıb - DNK testi
DNK nəticələri Brendon Hovardın Maykl Ceksonun oğlu ola bildiyini göstərib. Amma Brendon baş verənlərdən məyyus olub.
Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Brendon 1980-ci
illərdə Maykl Ceksonun atası Co Ceksonun təmsil etdiyi müğənni Miki
Hovardın oğludur. Brendona yaxın mənbə Miki və Maykl Ceksonun
1982-ci ildə tanış olduqlarını və Brendonun bir qədər sonra
doğulduğunu yazıb.
Ceksonların vəkili Hovard Vaytzman bu oğlan haqda heç zaman
eşitmədiklərini deyib.
Brendonun meneceri Skott Brumfild tərəfindən yayılan bəyanatda
Brendan baş verənlərdən narazılığını ifadə edib. “Mənim
pərəstişkarlarım, ailəm və dostlarıma son zamanlar yayılan
ehtimallarla bağlı demək istəyirəm ki, mən DNK-mın Maykl Ceksonun
DNK-sı ilə müqayisə edilməsinə icazə verməmişəm. Bu bahar mən
FilmOn.TV-nin çəkdiyi sənədli filmidə iştirak etməyə razılaşdım və
DNK-dan nümunə verməyimi istədilər. Baxmayaraq ki, mən buna
razılığımı verdim, mən DNK-mın bu məqsəd üçün nəzərdə tutulduğundan
xəbərsiz idim. Bu günədək mən nə Maykl Ceksonun oğlu olduğumu
demişəm, nə də Ceksonların mülkiyyətinə iddialı olmuşam,” deyə o
bildirib.
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO