Tabloid.az
Bakıda tanınmış caz musiqiçisi Danilo Peresin konserti olub
Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Premier LTD" Art Management-in təşkilatçılığı ilə tanınmış caz musiqiçisi Danilo Peresin "Panama 500" adlı konserti olub.
D.Peres (fortepiano) Adam Kruz (zərb), Ben Strit (kontrabas) və
Roni Eytandan (qarmon) ibarət triosu ilə çıxış edib.
"Panama 500" konserti fevralın 4-də işıq üzü görmüş eyniadlı yeni
alboma həsr olunub.
Musiqiçi Trend-ə bildirib: "Bu albom özündə caz, klassika və
latinonu birləşdirir. Mən bunu "üçölçülü musiqi"
adlandırardım".
Cazmen konsertin sonunda Bakı tamaşaçılarına mehriban qarşılanma və
alqışlara görə minnətdarlığını bildirib: "Mənim üçün Bakıda olmaq,
sizin bənzərsiz mədəniyyətlə tanış olmaq çox maraqlı oldu. Bakı son
dərəcə gözəl şəhərdir və burada çox mehriban insanlar var".
Konsert Avropa turnesi çərçivəsində baş tutub. Bakıdan başqa, bu
turne Madrid, Paris, Berlin, Ştutqart, Münhen, Tbilisi, Təl-Əviv,
Afina və digər şəhərləri əhatə edir.
Konsetin informasiya dəstəyi Trend və Day.az-a məxsusdur.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü panamalı pianoçu və bəstəkar
D.Peres üç yaşında peşəkar qrup lideri və müğənni olan atasının
rəhbərliyi altında musiqini öyrənməyə başlayıb. Hazırda "Berklee
College of Music" və "New England Conservatory of Music"də müəllim
kimi fəaliyyət göstərir. O, UNICEF-in xoşməramlı səfiri, Panamanın
mədəniyyət məsələləri üzrə səfiri, "Panama Jazz Festival"ın
prezidenti və təsisatçısıdır. /Trend/
-
İqtisadi gündəm10:36
Lirə yenə ucuzlaşdı, rubl isə... - MƏZƏNNƏ
-
Avropa10:00
Zelenskidən NATO ilə bağlı görün nə xahiş ediblər - Yüksək rütbəli rəsmilər açıqladı
-
Dünya09:30
Çimərlikdə 3 uşağı ildırım belə vurdu - ANBAAN VİDEO
-
Dünya09:12
Müharibəyə onlar gedəcəklər: Çiyinlərində avtomat olan itlər gəlir - FOTO
-
Art08:24
“Köhnə qala”nın ulduzu VƏFAT ETDİ
-
Ekologiya08:00
Mərcanlar belə çoxalırlar - Cinsi həyatın SİRRİ AÇILDI
-
ABŞ07:30
Canlı yayımda KURYOZ HADİSƏ: aparıcı milçək uddu - ANBAAN VİDEO
-
ABŞ06:16
ABŞ-da bank binasında GÜCLÜ PARTLAYIŞ: birinci mərtəbə göyə sovuruldu - VİDEO