Tabloid.az
“Psix”in premyerası olacaq - FOTO
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Migel de Servantesin “Don Kixot” romanı əsasında hazırlanan “Psix” bir hissəli cəngavərlik oyununun premyerası olacaq.
Publika.az xəbər verir ki, bu barədə tamaşanın rejissoru Ərtoğrul Kamalov sosial mediada məlumat verib.
Rejissor qeyd edib ki, tamaşa yaşı 18-dən yuxarı olan izləyicilər üçün nəzərdə tutulub.
“Tamaşa 1 saat gedir. Premyerada sizi görmək bizim üçün fəxr olar.
P.S. Hər zaman dünya teatrı deyib həvəslənirik, bəli, bu tamaşa dünya teatrlarında olan tamaşalar qədər oldu”, - Ə.Kamalov bildirib.
Aprelin 29-u saat 19:00-da nümayiş olunacaq tamaşada Xalq artisti Pərviz Məmmədrzayev, aktyorlar Gültac Əlili, Nicat Əli, Zaur Əliyev iştirak edirlər.
Tamaşanın bədii rəhbəri fəlsəfə elmləri doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Ərtoğrul Kamalov, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşada Qara Qarayevin “Don Kixot” simfonik qravuralarından və digər musiqilərdən istifadə olunub.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)

























.jpg)

.jpg)
