Sumqayıt şəhərində kitab yarmarkası keçirildi - FOTO
Bizi izləyin

Tabloid.az

Sumqayıt şəhərində kitab yarmarkası keçirildi - FOTO

Bugün Sumqayıt şəhərində kitab yarmarkası keçirildi.

Publika.az xəbər verir ki, Kimyaçı Mədəniyyət Sarayı qarşısında keçirilən yarmarkada Sumqayıt əhalisi fəal iştirak etdi.

Havanın küləkli olmasına baxmayaraq əhali sərgiyə axın edirdi. Sanki küləyin sürəti əhalinin axını ilə düz mütanasib idi.

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğludan sərgi ilə bağlı düşüncələrini aldıq:

- Sizin Bakıdan, Publika.az saytından buraya gəlməyinizə görə təşəkkür edirəm. Bu özü bizim uğurlu iş gördüyümüzün göstəricisidir. Müəyyən fasilədən sonra növbəti sərginin Sumqayıtda keçirilməsi gözəl hadisədir. Son qərardan sonra ilk belə sərgidir. Mənə elə gəlir ki, ilk sərgiyə görə maraq yaxşıdır. Sumqayıt əhalisinin nəzərə alsaq bu məkan onlar üçün balacadır. Sumqayıtın o başında da, bu başında da belə sərgilər etməliyik. Gələn sərgilərdə maraq daha da böyük olacaq.

src="/storage/files/upload/096649414e5f92ee78f13156c3d7c36d5dfa080c.jpg" style="width: 446px; height: 334.5px;" class="fr-fic fr-dib">

"Alatoran" nəşriyyatının rəhbəri Rasim Qaraca sərgini yüksək qiymətləndirdi:

- Bu sərgi Sumqayıtda ikinci kitab sərgisidir. Sumqayıtlıların kitaba marağı böyükdür və burada ciddi oxucular var. Görünür ki, belə sərgilər Sumqayıt üçün vacibdir. Sevindirici və xoş haldır. Sumqayıt əhalisinə təşəkkür edirik və sərgiyə dəvət edirik. Sizə də təşəkkürümüzü bildiririk.

src="/storage/files/upload/1705ae81a78ec1bb6b7c919a870945bfbaa78bbc.jpg" style="width: 447px; height: 335.25px;" class="fr-fic fr-dib">

Bəhram Bağırzadə də öz kitabları ilə sərgidə iştirak edənlər arasında idi:

- Mənim Bakıdan sonra ikinci ən sevdiyim şəhər olan Sumqayıtda olmaq çox xoşdur. Çoxdandır sumqayıtlı oxucularım ilə görüşmək istəyirdim. Yüzlərlə insan yaxınlaşdı, kitabımı əldə etdi, mənimlə şəkil çəkdirdi. Çox sevinirəm ki, Sumqayıtda da kitab oxuyurlar. İstərdim digər rayon, kəndlərimizdə də belə festivallar keçirilsin. Mən həmişə demişəm ki, arzum Azərbaycan xalqının dünyanın ən savadlı, təhsilli on xalqı arasında yer almasıdır.

src="/storage/files/upload/be94efc0d9f73a61e4055e32ec06512997119608.jpg" style="width: 467px; height: 627.337px;" class="fr-fic fr-dib">

Şair, yazıçı Cəlil Cavanşir sərginin təşkilini yüksək qiymətləndirdi:

- Mən düşünürəm ki, Sumqayıtda kitab sərgisinin keçirilməsi gözəl təşəbbüsdür. Bakıdakı kitab sərgisinə məsafə səbəbindən gələ bilməyənlər üçün əla şəraitdir. Kitab oxucularının formalaşması və kitabı əlçatan etmək üçün belə sərgilərin təşkili vacibdir. Belə sərgiləri alqışlayıram və arzu edirəm ki, hər fəsil belə sərgilər keçirilsin, insanlar kitaba alışsınlar.

src="/storage/files/upload/880b96e3159b82fa823fcec208c74712b4686696.jpg" style="width: 473px; height: 354.75px;" class="fr-fic fr-dib">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm