Tabloid.az
Xalq artistinin ailəsini dağıtmaq istədilər: “Xanımıma zəng etdilər ki, ərin...”

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzov şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Publika.az-a danışan aktyor ilk dəfə çəkildiyi serialda aktrisanı qucaqladığına görə evinə çoxlu zənglər olunduğunu deyib: “İlk dəfə çəkildiyim “Dodaqdan qəlbə” serialı zamanı roluma uyğun olaraq aktrisanı qucaqladım. Evə çoxlu zənglər gəldi. Amma həyat yoldaşım ayıq-sayıq qadın olduğu üçün bu məsələyə reaksiyası tam fərqli oldu. Seriala baxıb dedi ki, qızı çox ürəksiz qucaqlamısan, xoşuma gəlmədi. Bununla da söhbət bitdi”.
Aktyor hesab edir ki, əgər kişinin qanında-canında, xəmirində, ruhunda varsa, mütləq arvadına xəyanət edəcək: “Xəyanət ruha bağlı bir xüsusiyyətdir. Kişinin canında-qanında sevdiyinə xəyanət etmək varsa, deməli, mütləq o, xəyanət edəcək. Qadından çox şey asılıdır. Məsələn, mən aktyoram, oynadığım gözəl bir rolla qadınımın yanında qürrələnmək istəyirəm. Amma o, birdən desə ki, filan aktyor bu rolu səndən gözəl oynadı, o zaman içimdəki kişi sınır. Digər sənət sahibində də - istər müğənni olsun, istərsə yazıçı və s - belədir. Bir yazıçı gəlib xanımının yanında hansısa əsərini tərifləyir, amma qadını ona deyir ki, filankəs səndən gözəl yazır. O halda kişi sınır. Elə bir kişi yoxdur ki, xanımı tərəfindən təriflənməsini istəməsin. Hər bir kişi qadını tərəfindən qiymətləndirilməsini istəyir. Gərək kişi zəif də olsa, qadın ona qol-qanad versin”.
Xalq artisti bütün hallarda qadının haqlı olduğunu deyir: “Əgər qadın özünə baxmırsa, yenə də günah kişidədir. Deməli, kişi onun üçün artıq maraq kəsb eləmir. Əgər kişi ikinci qadını sevirsə, onun yanına gedirsə, deməli, birinci qadını sevməyibmiş. Sevgi bitən hiss deyil, sadəcə, sonradan uşağa və nəvəyə bölünür”.
Cəvahir



-
Rəsmi xronika20:40
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ
-
Region20:20
Türkiyədə dəhşətli PARTLAYIŞ: ölən və yaralanan var - FOTOLAR
-
Magazin120:10
Xalq artisti həbs etdirdiyi keçmiş həyat yoldaşı haqda: "Mənə dəfələrlə bıçaq vurub"
-
Kriminal19:55
Harutyunyan məhkəmədə dövlət ittihamçılarının suallarını cavablandırdı
-
Nida Xəbər 18:50
Bunu alqışlayıram - Paşinyandan Azərbaycanla bağlı paylaşım
-
MDB18:30
Türkiyədən Rusiyaya qayıdan təyyarə fəlakət siqnalı verdi
-
Sosial17:00
Əhaliyə xəbərdarlıq: Növbəti iki gündə...
-
Magazin216:21
Halit Ergenc həbs edildi - Görün nəyə görə cəzalandırıldı