Tabloid.az
Sun tabloidi çılpaq qız şəkilindən imtina etdi
Britaniyanın Sun tabloidi öz səhifələrində sinəsi çılpaq - topless qız şəkillərini dərc etməkdən imtina edib.
Publika.az-ın məlumatına görə, bu qərar nəşrin sahibi Rupert Merdok tərəfindən qəbul edilib. Times qəzetinin yazdığına görə, ənənəvi olaraq Sun tabloidinin 3-cü səhifəsində topless qız şəkili ilə qəzet sonuncu dəfə ötən cümə günü çıxıb.
Xəbərlərə görə, topless qız şəkillərini 3-cü səhifəsində Sun qəzeti 44 il bundan əvvəl yerləşdirməyə başlayıb. Bu ənənəyə görə Sun qəzeti feminist hərəkatı fəalları tərəfindən tənqid edilib.
Feministlər hesab edirlər ki, topless qız şəkili dərc etməklə Sun qəzeti oxuculara qadının sinəsinin beynindən daha vacib olduğu fikrini təlqin edir.
Lakin dəfələrlə Sun qəzetinin 3-cü səhifəsində şəkilləri dərc olunmuş model Jodie Marsh feminist qadınların yanaşması ilə razılaşmayıb.
"Qəzetin 3-cü səhifəsində görünməyi qızlara qadağan etmək feminizm deyil!", - Jodie Marsh bildirib.
-
İdman22:58“Qarabağ” - “Çelsi” matçında 4-cü qol - CANLI/YENİLƏNDİ
-
Magazin220:00Ancelina Coli Xersonda - Fotolar
-
Elm və təhsil18:20Prezident onları təltif etdi - SİYAHI
-
Sosial17:36Mənşəyi məlum olmayan ət məhsulları tapıldı
-
İdman17:13“Qarabağ” yenə böyük hesabla uduzdu
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO








.jpg)

























