İdman
Səfir də “Qarabağ”ı dəstəkləyir - FOTO
Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) duelində Ağdam təmsilçisini dəstəkləyəcəyini bildirib.
Publika.az xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib. “Mançester Yunayted” fanatı olduğunu bildirən səfir “Qarabağ”a dəstək olacağını qeyd edib:
“Bu axşam “Qarabağ” yenidən “Çelsi” ilə qarşılaşır! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və “Qırmızı Şeytan” (“Mançester Yunayted” azarkeşi – red.) kimi bu axşam ev sahibini dəstəkləyəcəyəm. Oyunçu aparsın!”.
Daha sonra isə o, "Qarabağ" köynəyini göstərərək oyunu izləməyə hazır olduğunu bildirib.
“Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq.
-
İdman22:58“Qarabağ” - “Çelsi” matçında 4-cü qol - CANLI/YENİLƏNDİ
-
Magazin220:00Ancelina Coli Xersonda - Fotolar
-
Elm və təhsil18:20Prezident onları təltif etdi - SİYAHI
-
Sosial17:36Mənşəyi məlum olmayan ət məhsulları tapıldı
-
İdman17:13“Qarabağ” yenə böyük hesabla uduzdu
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO



































