Tabloid.az
Geyimdə saçaq trendi – FOTOLAR
Son zamanlar ən çox ətəklərdə, paltarlarda tez-tez rast gəlinən saçaqlar geyimləri biri-birindən fərqli və qəşəng göstərir.
Moda həftələrində saçaq trendinin geyimlərdə istifadə olunmağa başladığının şahidi olduq. Geyimlərin müxtəlif hissələrinə əlavə olunan saçaqlar xüsusi diqqət çəkir.
1920-ci illərdə yaranan saçaq trendi zaman-zaman dəbə geri qayıdıb. Bohem tərzinin əsas elementi hesab olunan saçaq trendi 1980-ci illərdə fərqli formalarda dəb gündəmini zəbt edib. Saçaq trendinin müasir dəbə daxil olması isə əslində “Böyük Getsbi” filmi ilə bağlıdır.
Gəlin, qotaz və saçaq dəbinin hansı geyimlərdə və nə cür istifadə edildiyini birlikdə təhlil edək.
1920-ci illərdə yaranmış saçaqlar 1980-ci illərdə təkrar dəbə minir. Lakin həmin illərdə saçaqlar, adətən, bohem tərzində istifadə olunurdu. Yaz mövsümündə özünü hər geyimdə göstərən saçaqlar əsas trendlər siyahısına daxil ola bilib. Çox güman ki, saçaq dəbi yay aylarında da davam edəcək. Dünyanın böyük moda evləri də kolleksiyalarında saçaq detalından geniş istifadə edirlər. Xüsusən də, saçaqlar çanta və ayaqqabıların əvəzolunmaz detalı hesab olunur. İlk baxışda gözə xoş görünməsə də, xanımların qarderobuna daxil ola bilib.
Dəbin qanunları tez-tez dəyişdiyi üçün saçaq elementi 2014-cü ildə, hətta rok stilinə də sıza bilir. 2014 və 2015-ci illər saçaqlar çəkmə və dikdaban ayaqqabılarda istifadə edilməyə başlayıb.
Əsasən, pencəklərin qollarında və donlarda istifadə edilir. Aksessuarlar arasında da yer verilən saçaqlar geyimləri daha eleqant göstərir.
Saçaq trendi artıq indidən xanımların qarderobunu fəth etməyə başlayıb. Moda həftələrində bir çox stil ikonasının tez-tez istifadə etdiyi bu element xanımları da ruhlandırıb. Saçaqlar dəri ətəklərdə də gözəl görünür. Belə bir ətək geyinən zaman kifayət qədər hərəkətli olduğundan, adətən, əlavə detala ehtiyac qalmır.
Saçaq tredninin ən çox istifadə edildiyi aksessuar çantalardır. Əgər bu trendlə ayaqlaşmaq istəyirsinizsə, həm də geyinməyə cürətiniz çatmırsa, əlinizə saçaqlı klatç almaq kifayətdir.
“Proenza Schouler” brendi yaz-yay kolleksiyasında bu trendə geniş yer verib.
Publika.az saçaq dəbinə aid bir neçə nümunə seçib.
AYTƏN
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj








.jpg)




























