“Varlı kişilərlə görüşsəm də, mənə bahalı hədiyyələr almayıblar” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Varlı kişilərlə görüşsəm də, mənə bahalı hədiyyələr almayıblar” - FOTOLAR

“Saçım, dərim, bədən ölçülərim musiqi aləti kimidir”

“Saçım, dərim, bədən ölçülərim musiqi aləti kimidir”

Xarici modellər gözəlliyi ilə daha çox şan-şöhrət qazansalar da, türk qızları onlardan heç də geri qalmır. Neçə vaxtdır ki, “9 don” layihəsində slavyan, brazilya və başqa millətlərin cazibədar xanımlarının uğur hekayəsi haqda yazırıq. “9 don”un bu həftəki hədəfi qalmaqallı türk gözəlidir. Ekranların və podiumların sevilən modeli Özge Ulusoyun zərif gözəlliyi göz oxşayır. Modelin boyu 178 sm, bədən ölüçüləri isə 90-60- 90-dır.

Özge Ulusoy 1982-ci ildə Ankarada anadan olub. Əslən İzmirli ailənin övladıdır. Vaxtilə anası Armağan Ulusoy Ankarada bələdiyyə rəhbəri vəzifəsində işləyib, atası Haydar Ulusoy isə hərbiçi olub. Orta məktəbi bitirdikdən sonra Hacıtəpə Universitetində, Ankara Dövlət Konservatoriyasının klassik balet fakultəsində təhsil alıb. Universitetin 2 ilini burada oxuduqdan sonra İstanbula gələrək Memar Sinan Güzel Sanatlar Universitetində, sonra isə Dövlət Konservatoriyasında təhsilini davam etdirir. 2005-ci ildə Yeditəpə Universiteti Güzel Sanatlar Fakultəsinin rejissorluq bölməsinə daxil olur, 2007-ci ildə isə oradan məzun olur.

Özge Ulusoy modelliyə 20 yaşında başlayıb. Gec başlamasından narazı deyil. O hesab edir ki, model qızlar erkən yaşda qazandığı şöhrətin qədrini bilmirlər.

O, 2001-ci ildə “Elite Model Look” gözəllik yarışmasına qatılır və 3-cü yeri qazanır. 2003-cü ildə “Türkiyə Gözəllik Kraliçası” yarışmasında ikinci yerin sahibi olur. Həmin il Panamada keçirilən “Kainat Gözəlli” yarışmasında Türkiyəni təmsil edir. Podiuma Türkiyənin tanınmış modelyeri Cengiz Abazoğlunun yeni kolleksiyasının nümayişi zamanı çıxır.

Özge Ulusoy hazırda “Beymen”, “Vakko”, “İpekyol”, “Roman”, “Mavi Jeans”, “Mudo”, “Harvey Nichols” kimi firmaların dəfilələrində çıxış edir. O, təkcə modellik karyerası ilə məşğul olmur. Məşhur türk filmlərində və seriallarında da rol alır. Model 2006-cı ildə “Arka Sokaklar” serialında polis rolunda çəkilib. 2007-ci ildə isə “Sənin Uğruna” serialında oynayıb. Bu serialdakı tərəf müqabili Rafet El Roman idi. 2011-ci ildə isə Türkiyədə böyük səs-küy yaradan “Kutsal Damacana: Dracoola”da baş rola dəvət alır. Bu modelin ilk bədii filmi idi.

Ulusoy Türkiyədə reytinqləri qıran “Survivor Ünlüler-Gönüllüler” yarışmasında gözəlliyi və cəsarəti ilə uzun müddət müzakirə obyektinə çevrilir. Yarışmanı 5-ci tərk edir. Yarışmada məğlub olduqdan sonra “Bu gun nə geyinsəm” moda proqramına aparıcılıq etmək dəvəti alır.

“Karyerama model kim başlamışam, qısası birbaşa dəb aləminin içindəyəm. Bu verilişin ən sevdiyim tərəfi də dəbi insanlara sevdirməsidir. Dəb sadəcə, bahalı markalar, dəfilələrdən ibarət deyil. Dəb əslində, insanın zövqü ilə bağlı olan bir şeydir. Təklif gələndə sevinərək qəbul etmişdim. Arxa planda olmaq mənim xarakterimə daha yaxındır. Çünki insanları tənqid etməyi xoşlamıram, pərdə arxasında bəyənmədiyim bir şeyi demək üçün 40 dərədən su gətirməli oluram...”

Model 2012-ci ildə Türkiyədə sevilərək izlənilən “Yok böyle dans” yarışmasının finalında birincilik əldə edib. Vaxtlə baletlə məşğul olmasaydı, bəlkə də bu qalibiyyət ona nəsib olmazdı.

Özgenin həyatındakı kişilər...

“Yanındakının gözəl, amma ağılsız olduğunu bilən, qadını yanında ancaq göstərmək üçün gəzdirən kişilərdən uzaq gəzirəm. Bəzi kişilər də var ki, ağıllı və savadlı qadın görəndə onunla maraqlanmaq istəmirlər. Ağıllı qadından qaçan kişi isə sadəcə axmaqdır”.

Model “Arka Sokaklar” serialında tanış olduğu aktyor İlker İnanoğlu ilə uzun müddət eşq macərası yaşayıb. Uzun müddət birlikdə olsalar da, cütlük qəflətən ayrılmağa qərar verir. Bu ayrılıq Özgeyə baha başa gəlir. Qəfil ayrılıq qərarından sonra Özgə Ulusoy 2009-cu ildə prodüsser Ferruh Taşdəmirlə bir günün içində evlənməyə qərar verir. Onlar elə həmin gün açıq havada toy mərasimi təşkil edirlər. Özgenin valideynləri isə evliliyə razı olmur, daha doğrusu bu evlilikdən xəbərsiz idilər. Xəbər tutanda isə anası hər kəsin qarşısında qızı ilə dalaşır və “təzə gəlini” zorla özü ilə aparır. Beləliklə, Özge ilə Ferruhun evliliyi cəmi 24 saat çəkir. Səhəri gün isə boşanmaq üçün məhkəməyə müraciət edirlər. Bu hadisə türk mətbuatının inanılmaz olaylarından biri kimi hələ də danışılır.

“Həyatımdakı insana özümdən çox dəyər verirəm. Bir müddətdən sonra qarşımdakı insanı özümdən daha çox düşünməyə başlayıram. Zamanla həmin insanın buna dəymədiyini anlayırsan. Düşünürəm ki, sevginin bütün həyatını idarə etməsinə icazə verməməli və ürəyini nəzarət altında saxlamalısan. Bu ağılsızlığı edəndə sıxıntılı günlər keçirirdim, özümü yalnız hiss etdiyim vaxtlar idi. Heç nə başa düşmədən qəflətən özümü hadisənin içində gördüm. Anamla, atam məni dünyada hər kəsdən yaxşı tanıyan insanlardır, sağ olsunlar vaxtında gəlib xilas etdilər. Məni 24 saat evli qalan qız deyə tanıyırlar. Halbuki, mən əxlaqsızlıq etməmişdim. Heç kəsin ərini əlindən almamışdım, kimdənsə hamilə qalmamışdım. İkimiz də subay insanlar kimi evlənməyə qərar vermişdik. Sadəcə bu, tələsik və düşünmədən baş vermişdi. Bu hadisədən qətiyyən utanc hissi duymuram. 1 günlük ərim olsa da, onunla yatmamışdım. Həmin gecə anamla qalmışdım. Yaxşı ki, ailəm vaxtında yetişdi. Yaşadıqlarımı və səhvlərimi qəbul edən insanam. Əsas onları bir daha təkrarlamamaqdır”.

Özge Ulusoy iş adamı Hacı Sabancı ilə də eşq macərası yaşayır. Lakin onların 2 ilə yaxın davam edən eşq macəraları evliliklə nəticələnmir. Oğlanın ailəsi bu sevgiyə qarşı çıxdığı üçün onlar ayrılırlar. İş adamından ayrıldıqdan sonra Özgeninin dərin eşq acısı çəkdiyi iddia olunur. Hacı Sabancıdan ayrılan gözəl varlı bir İzmirli ailənin oğlu Ozan Çeliklə sevgili olur. Lakin bu münasibətlər də çox davam etmir. Özge Ulusoyun həyatındakı kişilərin siyahısını yığıb-yığışdırmaq mümkün deyil. Belə ki, onun görüşdüyü kişilərin siyahısında Hakan Baş, Tarhan Tallının və Kenan Doğlunun da adı hallanır.

Model sevgilisi Hacı Sabancıdan ayrıldıqdan sonra birdən-birə arıqlayır. Media nümayəndələri onun arıqlamağını modelin depressiyada olması kimi qələmə verir. “6 kq itirdim, amma bunun nə eşq acısı ilə əlaqəsi var, nə də ki, xəstəliklə. Dietoloqun yazdığı pəhrizə əməl edərək arıqlamışam. Arıq olmaq xəstəlik deyil, əksinə sağlamlıqdır. Təbii ki, arıqlamaq üçün ac qalmıram. Saat 7-dən sonra heç nə yeməməyə çalışıram. Gün ərzində ac qalmamaq üçün quru qaysı və badam yeyirəm.”

Ulusoy etiraf edir ki, varlı ailənin oğlanları ilə görüşsə də, ona heç vaxt bahalı hədiyyə almayıblar:”Bəlkə də xətrimə dəyəcəklərini düşünükləri üçün bahalı hədiyyə etməyə çəkiniblər...”

Türkiyənin ən gözəl qadınlarından biri Özge Ulusoy möhtəşəm bədən quruluşunu nəyə borcludur?

Son zamanların ən çox bəyənilən qadını Özge Ulusoy gözəl bədən quruluşu ilə digər qadınları qısqandırır. Uzun boyu olmasına baxmayaraq, modelin çəkisi 50 kq-dır. Model ideal bədən quruluşunu qorumaq üçün əlindən gələni edir. Artıq çəki ilə heç vaxt başı dərdə olmayan model çəkisinin artdığını hiss etdiyi anda özbaşına pəhriz saxlamır. Peşəkar dietoloqa müraciət edir. İdmanın əhəmiyyətini xüsusi vurğulayan model rəqs etməkdən böyük zövq alır. Mərciməkli yeməkləri xoşlayır. Mərcimək asan həzm olunan və tox saxlayan qida olduğu üçün gün ərzində mərcimək yeyərək tox qalmağı bacarır. O suyun qadın gözəlliyinin əsasını təşkil etdiyini düşünür. Gün ərzində 2 l su qəbul edir.

Bu yaxınlarda 32 yaşı tamam olan model qocalıq stressinə girməyib. “30 yaşımı çox sevdim. Özümü cazibədar hiss etdiyim yaşdayam. Yaşım artdıqca daha da gözəlləşdiyimi düşünürəm. Köhnə fotolarıma baxıram və müqayisə edirəm. İndi daha gözələm… İş həyatım, özəl həyatım hazırda çox gözəl gedir. Gözəl görünməyimin bir səbəbi də budur. Həm də çox baxımlı qadınam. Saçım, dərim, bədən ölçülərim musiqi aləti kimidir. Bir musiqiçi alətlərinə necə baxırsa, özümə elə qulluq edirəm, fast-foodlardan mümkün olduğu qədər qaçıram. Az makiyaj edirəm, hər axşam yatmazdan əvvəl onu mütləq təmizləyirəm. Estetik əməliyyatlara qarşı deyiləm, əlimizdə belə bir fürsətin olması və qocalmanı gecikdirə bilməsi gözəldir. Amma bunun da dərəcəsi var. Vaxtı çantanda özümdə bəzi dəyişiklər edəcəyəm. Plastik əməliyyata nə qədər erkən başlasanız, bir o qədər çox ehtiyac duyursunuz”.

Model deyir ki, ekranlarda tez-tez göründüyü üçün bir geyimi ancaq 2-3 dəfə geyinə bilir. Odur ki, tez-tez alış-veriş etmək məcburiyyətində qalır. Gündəlik həyatda isə çox sadə və rahat paltarlar geyinməyə üstünlük verir. Ulusoy çanta və ayaqqabılara daha çox pul xərclədiyini etiraf edir:”Fikrimcə, geyimi gözəl göstərən çanta və ayaqqabıdır. Marka xəstəsi deyiləm, amma bahalı geyimlərin ömrü uzun olur. Çox vaxt endirimləri gözləyirəm, çox bəyəndiyim bir şey olanda mütləq alıram”.

Dəb dünyasının gözəli Özge Ulusoy həyatını dəyişdirən 3 kitab və 3 mahnının adlarını belə sıralayıb.

Kitablar:

Kürşat Başar – “Baş ucumda Musiqi”

Ahmet Ümit – “Sultanı Öldürmək”

Elif Şafak – “Baba ve Piç”

Mahnılar:

Damyen Rays – “Blower's Daughter”

Kamill Seynt – “Dying Swan”

Frank Sinatra – “My Way”

“Güvən məsələsi artıq çox sıxıntı yaradır. Keçmişə dönüb baxdığım zaman eyni səhvləri təkrarladığımı görürəm. Müəyyən yaşdan sonra bunu özün başa düşürsən. Hər gənc qız kimi mənimlə sevgili olmaq istəyən insanlar əvvəlcə yaxşı rəftar edirlər. Daha onlara inanmıram. Artıq həmin insanın keçmişinə baxmağa qərar vermişəm. Kiminlə necə davranır, ən son münasibəti nə qədər davam edib, niyə ayrılıblar və.s. Yaşadığım xoşagəlməz təcrübəm mənə yaxşı dərs olub. İnsanları yanlış tanımışam. İndi isə adi restorana getdiyimiz zaman ofisantla belə necə rəftar etməsinə diqqət edirəm. Detallar insanın xarakteri haqqında çox şey söyləyir. Bir də eqonun çox təhlükəli bir şey olduğunu düşünürəm. Eqosu yüksək insanlardan uzaq gəzirəm. Özünə imanlı olmaq üçün hər kəsin eqoya ehtiyacı var, amma onun da həddi olmalıdır”.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm