“Bura ən çox qayınana ilə yaşayan gəlinlər gəlir”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Bura ən çox qayınana ilə yaşayan gəlinlər gəlir”- FOTOLAR

Yoqanın sirlərini tamam öyrənmək hər kəsə qismət olmasa da, özünü yoqa təlimçisi və bilicisi kimi göstərənlərin sayı az deyil. Günü-gündən çoxalan yoqa məktəbləri buna misal ola bilər. Amma Bakıda ilk Yoqa Mərkəzi yaxın günlərdə açılacaq. Mərkəzin rəhbəri

Yoqanın sirlərini tamam öyrənmək hər kəsə qismət olmasa da, özünü yoqa təlimçisi və bilicisi kimi göstərənlərin sayı az deyil. Günü-gündən çoxalan yoqa məktəbləri buna misal ola bilər. Amma Bakıda ilk Yoqa Mərkəzi yaxın günlərdə açılacaq. Mərkəzin rəhbəri, yoqa təlimçisi Aysel Əliyevadan yoqaya marağın olub-olmadığını öyrəndik.

Təlimçi deyir ki, yoqa təkcə idman deyil,bu həm də bir fəlsəfə, tibb və sağlamlıqdır: “Bu hesaba insan öz bədəninin hakimi olur. Bizim təlimə görə, insan yerlə göy arasında ötürücüdür. İnsanın beynində olan hüceyrələrin yalnız 5 faizi işləyir, qalanı yatır. Onu oyatmaq üçün mikrokosmik orbitin açılması lazımdır. Bununçün illər lazımdır ki, insan öz üzərində işləsin. Amma bizim təlimdə bu orbiti tez bir müddətdə açmaq mümkündür”.

Təlimçinin özündə yoqaya maraqAlmaniyada yaşayarkən baş qaldırıb: “İlk övladıma hamilə idim, qadın məsləhətxanasından gəlib yoqa təlimlərinə qatılmağımınvacib olduğunu dedilər və bundan sonra maraq yarandı. Adi adam üçün yoqa vacibdirsə, hamilələr üçün ikiqat vacibdir. Avropada doğuş sancısı deyilən bir hal bizdəki qədər aktual deyil. Bunun da əsas səbəbi qadınların yoqa, aerobika, idmanla mütəmadi məşğul olmalarıdır. Bu həm də qadınların doğuşdan sonra da formada qalmnasına kömək edir, dəri sallanmalarının qarşısını alır”.

“Yoqaya sevgiylə yanaşmaq lazımdır

”Yoqanın fiziki cəhətdən qüsurlu olanlar üçün də faydalı olduğunu deyən təlimçi mərkəzə əlil arabasında müraciət edən bir neçə nəfərin iki-üç seansdan sonra sağlam getdiyini bildirir: “Demirəm ki, ağır xəstəlikləri müalicə edirik, amma xeyli köməyimiz dəyir.Müalicə növü ilə məşğul olmaq üçün hansısa institutu bitirməyə, diplom almağa ehtiyac yoxdur. Əslində, bunun institutu da yoxdur. Hər şey inamdan və müalicəni düzgün aparmaq qabiliyyətindən asılıdır. Ümumiyyətlə, yoqada əsas məsələ nəfəs hərəkətləri ilə müalicədir. Əgər təlimə nəfəsləmülaicəyləbaşlamadılarsa, oradan getməyiniz məsləhətdir. Yoqanın əsasını düzgün tənəffüs təşkil edir. Pozisiyaları yerinə yetirərkən tənəffüs eyni tempdə olmalıdır.

Nəfəs həyat deməkdir, sirr ondadır ki, hər dəfə nəfəs aldıqda həyat enerjisini içimizə çəkirik.Özümüzü daxilə qəbul etdiyimiz enerjinin gücünə inandırmağımız əsas şərtdir.Yoqanın effekti daxili orqanların masajı ilə müqayisə oluna bilər. O, təksə sizin xarici görünüşünüzə-qamətinizə deyil, həm də daxilinizə də sirayət edəcək. Müntəzəm məşğul olduqda necə böyük dəyişikliklərinbaş verdiyini özünüz görəcəksiz”.

Müsahibimiz deyir ki, yoqayasevgiylə yanaşmaq lazımdır. Onda yoqanın əsl incəsənət olduğunu da dərk etmək mümkündür: “Yoqa hamı üçündür və hamıya məmnunluq bəxş edir. İnsan hətta bir təlimdən sonra özündən zövq alır. Bura gələnlərin əksəriyyəti yüklənmiş adamlardı, zehni yorğunluqdan, qayğılardan əziyyət çəkirlər”.

“Yoqa hansısa inancdan qaynaqlanmır”

Mərkəzdə təlim keçməyə gəlmiş bir xanım yoqaya müraciət etməyinin səbəbini soruşduq: “Yorğunluqdan çox əziyyət çəkirdim, əsəblərim korlanmışdı, hər bir hadisə, uşaqların nadincliyi məni özümdən çıxarırdı, qamətim əyilirdi. İndi yatmazdan 30 dəqiqə əvvəl yoqayla məşğul oluram. Hadisələrə daha təmkinlə cavab verirəm, yuxu problemim yoxdu, günboyu özümü enerjili hiss edirəm. Yoqanın təkcə bədənimə deyil, həm də fikirlərimə də təsir göstərdiyini hiss edirəm. Sanki məsələlərə daha ayıq başla reaksiya verməyə başlamışam”.

Qəribə də olsa, Aysel xanımın dediyinə görə, müraciətçilərin çoxu qaynana yanında yaşayan gəlinlərdir: “Onlar burada çox xoşbəxt olduqlarını bildirirlər. Biz buna inanırıq, çünki yoqa ən əsası ruhu düzgün isttiqamətləndirir.Harda, necə davranmağı təlqin edir. Yoqa həm daxili, həm də xarici gözəlliyə xidmət etməklə yanaşı, həm də münasibətləri tənzimləməyə istiqamət verir. Yoqa din deyil, hansısa inancdan qaynaqlanmır. Yoqa sadəcə ruhaniyyət üzərində qurulub. Özünə və başqalarına qarşı mülayim rəftarı təbliğ edir”.

Bel ağrılarına son

Yoqanın faydaları çoxdur və bu, bütün dünyaya məlumdur. Amma əməl edənlər azdır. Mütəxəssislər deyir ki, yoqa qaydalarına riayət etməklə hətta bir çox xəstəliklərin müalicəsində kimyəvi terapiyadan imtina etmək də mümkündür. Hər yoqa çalışmasının bir faydası var. Səhər tezdən 10 dəqiqəlik yoqa hərəkətləri vücudu və zehni gücləndirir. İştahıazaldaraq arıqlamağa kömək edir, sistemli şəkildə yoqa ilə məşğul olmaq artıq çəkidən daha asan xilas olmağa yardım edir.

Aysel Əliyeva deyir ki, yoqa bütün bədəninizi gücləndirdiyi üçün bir neçə həftəlik təmrinlərdən sonra qamətinizin də dəyişdiyini hiss edəcəksiniz. Daha özünə inamlı danışacaqsınız, başınızı dik tutmağa başlayacaqsınız, çiyinləriniz geriyə, qarnınızın içəriyə doğru olduğunu görəcəksiniz. Yoqanın ən çox bilinən özəlliklərindən biri də astma kimi nəfəslə əlaqəli sağlıq problemlərində faydasıdır. Bundan başqa, xüsusi hərəkətlər sümükləri gücləndirərək sümük əriməsi xəstəliyinə tutulma riskini azaldır. Aparılan tədqiqatlara görə, ardıcıl yoqa ilə məşğul olmaq bel ağrılarına və bel tutmalarının müalicəsində ağrıkəsici dərmandan daha təsirlidir.

7 yaşdan 90 yaşa kimi

Yoqanın ən faydalı tərəfi əsəbləri möhkəmləndirən nəfəsalma ilə bağlıdır ki, bunun da terapevtik təsirisinir sistemini gücləndirir, insanda özünə inamı və mənəvi gücü artırır.

Aysel Əliyeva nəfəsalmanın xüsusi texnikasının olduğunu və bunu təlim keçməklə başa salmağa çalışdı. Qeyd edim ki, nəfəslə müalicənin növləri var və hər bir növ bir problemin aradan qaldırılması üçündür. Ayaqları aralı tuturuq. Nəfəs alıb,nəfəs verə-verə ətrafdan əlləri başımızın üstünə qaldırırıq. Bir neçə saniyə nəfəsi saxlayıb, birdən qabağa əyilib və əllərimizi qarşıda sallayırıq. Eyni zamanda səsli formada ağızla nəfəs verməliyik. Bu səs nəfəsvermə hesabına çıxmalıdır, səs telləri hesabına yox. Asta nəfəs alaraq dikəlir, gərgin olaraq əlləri yuxarı qaldırır və asta nəfəs verərək əlləri aşağı salırıq. Bu üsulla nəfəsalmanın terapevtik təsirisoyuqla mübarizə aparmağa kömək etmək, ciyərləri təmizləmək, tonuslaşdırmaq üçündür.

Yoqada yaş məhdudiyyəti yoxdur. Təlimçinin sözlərinə görə, 7 yaşından 90 yaşa kimi hər kəs onlara müraciət edə bilər. Yəni hər kəs öz sağlamlıq vəziyyətini nəzərə alaraq müəyyən dərəcələr çərçivəsində yoqa ilə məşğul ola bilər.

Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm