Tabloid.az
Saçları həcmli və qalın göstərməyin yolları - FOTOLAR
Nazik saçlı xanımların ən böyük problemi onları həcmli göstərə bilməməkdir. Amma düzgün saç modelləri ilə saçları həcmli və qalın göstərmək mümkündür. Tablid.az nazik saçlı xanımlar üçün saçları həcmli və qalın göstərməyin yollarını təqdim edir:
Qısa modellər: Saç nə qədər qısa olsa, bir o qədər qalın görünər. Saçınız nazikdirsə, Nataliya Portman və Cessika Albanın qısa saç modelini nümunə götürə bilərsiniz. Həm də bu kəsimli saçlar çox sağlam və güclü uzandığı üçün saçqıran problemi ilə qarşılaşmazsınız.
Yan kəkillər: Başın üst hissəsinə düşən yan tərəfə daranmış kəkillər nazik saçlar üçün düşünülüb. Bu kəkil tərzi saçın nazikliyini gizləyə bilir. Bu modeli açıq, ya da yığılmış, uzun, ya da qısa saç modellərində istifadə edə bilərsiniz.
Yuxarı qaldırılmış saçlar: Saçı həcmli göstərməyin ən yaxşı yoludur. Xüsusən də nazik saçlar üçün idealdır.
Dalğalı saçlar: Buruq ya da, dalğalı saçlar hər zaman düz saçlardan daha həcmli görünür. Saçınıza fenlə dalğa verə bilərsiniz. Ya da nəmli saçı yüngül hörüb axşam yatın. Səhər duranda açın. Bu zaman istədiyiniz həcmli saçlara sahib olacaqsınız.
Kənarda yığın: Bütün saçı bir tərəfə toplayaraq vintaj stili yarada bilərsiniz. Yığdığınız hissəyə broş taxaraq saçınıza xüsusi bəzək verin.
Qatlı kəsimlər: Uzun saçlardan fərqli olaraq, qısa saçları qatlı kəsimlər daha həcmli göstərir.
Balyaj və ombre: Saçlarda fərqli tonlar yaradaraq daha həcmli görünməsini təmin etmiş olarsınız.
Aksessuar və çalmalar: Saç lentləri, broşlar və başqa saç bəzəkləri saçı həcmli göstərir.
Hörüklər: Saçın nazik görünməsinin qarşısını alan digər bir üsul da hörüklərdir. Saçın bir tərəfindəki incə hörüklər saçı həcmli edir.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO