Üzeyir Mehdizadə cəbhəyə getdi - FOTO
Bizi izləyin

Tabloid.az

Üzeyir Mehdizadə cəbhəyə getdi - FOTO

Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttində baş verən gərginlik nəticəsində əsgərlərimizin şəhid olmasına mədəniyyət aləminin nümayəndələri müxtəlif reaksiyalar verir.

Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttində baş verən gərginlik nəticəsində əsgərlərimizin şəhid olmasına mədəniyyət aləminin nümayəndələri müxtəlif reaksiyalar verir.

Bəzi müğənnilər efirdə ritmik mahnılar oxumağa üstünlük versə də, əksəriyyət konsertini və klip təqdimatını təxirə salıb.

Tanınmış müğənni Üzeyir Mehdizadə isə şəhidlərimizin ruhuna xitabən qeyri-adi jest edib. O, şəhid olan əsgərlərimizə hörmət əlaməti olaraq dostunun toyunda mahnı oxumaqdan imtina edib. Bu barədə Samir Xəttab Fecebook sosial şəbəkəsindəki məlumat yayıb: “Bu gün Üzeyir Mehdizadə Qəbələ şəhərinə yaxın dostunun toy məclisində oxumaq üçün dəvət edilmişdi. Hətta dostu toy məclisinin tarixini Üzeyirin boş gününə görə təyin etmişdi. Dosta hörmət olaraq Qəbələyə gəldik, amma Üzeyir Mehdizadə şəhidlərimizin ruhuna hörmət olaraq toyda heç bir mahnı ifa etmədi. 3 dəqiqəlik şifahi təbrik edib çıxdıq. Vətən, başın sağ olsun. Allah bir daha rəhmət eləsin”.

Qeyd edək ki, Ü.Mehdizadə hazırda əsgərlərimizə dəstək üçün cəbhədədir.

teleqraf.com
Oxumağa davam et
Reklam
Reklam

Gündəm