Tabloid.az
Kitab oxumağın 5 faydası
Oxumağı sevən insanlar (bura cinayət xronikasını və idman matçlarının hesabatlarını oxuyanlar da daxildir) oxumağı sevməyən insanlardan fərqlənir. Bu məlumdur, amma psixoloqlar kitab oxumağın xeyrini çoxdan müəyyən ediblər.
Kitab oxumağın 5 faydasından danışacaq.
1. Söz ehtiyatının genişlənməsi.
Öz fikrini sözlər vasitəsilə ifadə etmək qabiliyyəti bizə anadangəlmə verilməyib. Fikrimizi düzgün ifadə etmək üçün biz bir neçə söz arasından lazım olanını seçirik. Danışan zaman “deməli”, “məsələn”, “prinsipcə”, “şey”, “onun adın nə idi?” tipli sözlərdən istifadə etsək, o zaman heç kim bizə qulaq asmaz. Rəvan nitqi isə hər kəs dinləmək istəyir və bu, insanların diqqətini cəlb edir. Bundan əlavə, kitab oxumaq insanın savadını artırır.
2. İnsanlarla ünsiyyət.
Kitab oxuyan insanlar çox vaxt kitab qurdu kimi qorxunc və ya gözündə iri eynəklə təsvir edilir. Əslində, isə bu belə deyil. Kitab oxuyanlar insanlarla daha asan ünsiyyətə girirlər.
3. Əminlik.
Hansısa yanaşmanı sübut etmək lazım gələndə kitab oxuyan insanlar pis vəziyyətdən tez çıxa bilirlər. Erudisiya və predmeti bilmək sizə əminlik verə bilər.
4. Mütaliə fikirlərdən uzaqlaşmaqda kömək edir.
Başqa dillə desək, kitab oxumaq stressdən çıxmağa kömək edir. Fikriniz yayınır və siz həqiqətdən uzaqlaşıb fantaziyalar dünyasına düşərək problemləri unudursunuz. Psixoloqlar hər hansı problemi olan insanlara çox vaxt kitab oxumağı məsləhət görür.
5. Oxumaq yaddaşı möhkəmləndirir.
Əlbəttə, süjet xəttini izləmək və qəhrəmanların adlarını yadda saxlamağa cəhd etmək yaddaşı gücləndirir. Bundan əlavə, kitab oxumaq təfəkkürü də inkişaf etdirir.
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir