Tabloid.az
Aybəniz Haşımova: “Adama deyərlər ki, arvadının ortada nə işi var?”
“Şadlıq evlərinin birinin pilləkənindən düşəndə görürəm ki, oğlanlar biri-birini qırılar, soruşuram ay bala, nə olub bunlara? Biri cavab verir ki, rəqs meydançasında rəqs edərkən bunun qolu dəyib onun arvadının qoluna, ona görə də dava edirlər”.
Tabloid.az xəbər verir ki, bunu tanınmış ifaçı, əməkdar artist Aybəniz Haşımova öz “Facebook” profilində paylaşdığı statusunda qeyd edib.
“Yaxşı, adama deyərlər ki, sənin arvadının “Dəli Kür” filmindəki kimi, ortada nə işi var idi ki, indi adamı günahkar hesab edirsən? Bu gün toylarda peşmansan bir mahnı ifa edəsən, dərhal hamı tökülür meydana. Vaxt varı idi qonaqları adlı, minnətli dəvət edirdilər rəqsə. Toya gələn qonaq da bu ailə üçün nə qədər dəyərli olduğunu görürdü.
İndi toydan gedirsən, ev yiyəsinin sənin heç getməyindən belə xəbəri olmur. Çünki tanıdı-tanımadı hər kəsə dəvətnamə verirlər. Ay qurban olum sizə, toya yaxından tanımadığın, ailənə çox yaxın olmayan insana dəvətnamə verməzlər. Ona görə də toyun ortasında, “qolun arvadımın qoluna dəydi”, - deyə davalar düşür”, - deyə A.Haşımova sonra qeyd edib.
-
Sosial14:02Bu görüntülər sertifikasiya imtahanına damğa vurdu – Müəllim cütlüyünün... - VİDEO
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək









.jpg)
.jpg)
















.jpg)








