Dünya
Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın alyans ölkələrinin İrana qarşı Amerika kampaniyasına dəstək verməməsindən yaranan narazılığını yumşaltmağa çalışıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Oval kabinetdə keçirilən görüş zamanı Rutte Trampa xüsusi hazırlanmış təqdimat nümayiş etdirib. Qızılı şriftlə hazırlanmış və “Trampın trilyonu”, “Tramp-47 effekti” adlandırılan qrafiklərdə NATO ölkələrinin müdafiə xərclərinin Trampın 2017-ci ildə başlayan ilk prezidentlik dövrü ilə müqayisədə artdığı göstərilib.
Rutte bildirib ki, Avropa ölkələri müdafiə xərcləri məsələsində ABŞ-la paritet səviyyəsinə çatıb. Onun sözlərinə görə, belə göstərici sonuncu dəfə 1950-ci illərdə Duayt Eyzenhauer administrasiyası dövründə müşahidə olunmuşdu.
Lakin nəşrin yazdığına görə, bu arqumentlər Trampa ciddi təsir etməyib. ABŞ prezidenti NATO ilə münasibətləri gərginləşdirməsə də, Avropalı müttəfiqlərin İrana qarşı əməliyyatlar üçün hərbi bazalarını təqdim etməkdən imtina etməsindən narazılığını yenidən dilə gətirib.
Müzakirə zamanı Rutte Avropa tərəfdaşlarının dəstəyi ilə bağlı fikir bildirərkən Tramp onu kəskin şəkildə “yox” sözü ilə dayandırıb. Görüşün sonunda isə prezident baş katibin dizinə toxunaraq söhbəti yekunlaşdırıb.
Müəllif: Adəm
-
Sosial22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu








.jpg)


.jpg)



.webp)



















