Sosial
BDU-da tələbələrə qarşı 46 min manatlıq dələduzluq - Pul yığıblar ki...
Dünən Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunları üçün planlaşdırılan məzun gecəsi son anda ləğv edilib.
Publika.az bakupost.az-a xəbər verir ki, bununla bağlı tələbələr sosial şəbəkədə paylaşımlar ediblər.
İddialara görə, tədbirə cəmi bir gün qalmış məzunlara gecənin baş tutmayacağı barədə məlumat verilib. Qeyd olunur ki, tədbirin təşkilatçılarından biri kimi təqdim olunan N. Möhbalıyeva tərəfindən təxminən 250 tələbədən hər biri 185 manat olmaqla ümumilikdə 46 250 manat vəsait toplanıb.
Sonradan məzunlara bildirilib ki, təşkilatçının hesabları dondurulduğu üçün vəsait dərhal geri qaytarıla bilməz.
"Ödənişlərin 10 gün ərzində qaytarılacağı vəd olunub. Lakin tələbələr üçün bu vəsaitin 10 gün sonra deyil, məhz indi qaytarılması vacibdir. Çünki bir çox tələbə məzun gecəsini başqa məkanda təşkil etmək üçün öz vəsaitinə ehtiyac duyur. Hazırda yüzlərlə tələbə və valideyn həm maddi, həm də mənəvi zərər çəkmiş vəziyyətdədir: Biz hadisənin səbəbləri, toplanmış vəsaitin taleyi və məsul şəxslərin öhdəlikləri ilə bağlı aidiyyəti qurumlardan rəsmi araşdırma və açıqlama gözləyirik", - deyə paylaşımda qeyd olunub.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinə sorğu ünvanlamışıq.
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman23 İyul 21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin123 İyul 20:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO










.jpg)






.png)


.jpg)

.jpg)












