Dünya
Qara xətlərin izinə düşdülər - 16 min illik həqiqət ortaya çıxdı
Fransanın cənub-qərbində yerləşən Font-de-Gaume mağarasında aparılan yeni araşdırma tarixdən əvvəlki incəsənətin yaşı ilə bağlı mühüm nəticə ortaya qoyub.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, alimlər mağara divarlarındakı qara xətlərin mineral piqmentlə deyil, odun kömüründən hazırlanmış piqmentlə çəkildiyini müəyyən ediblər. Bu isə radiokarbon üsulu ilə rəsmlərin yaşını dəqiq təyin etməyə imkan verib.
Tədqiqatçılar mağara divarlarındakı bəzi rəsmlərin təxminən 13-16 min il əvvəl çəkildiyini təsdiqləyə biliblər. Beləliklə, əsərlərin son buz dövrünün son mərhələsində yaradıldığı təsdiqlənib.
Tədqiqatçılar həmçinin bəzi kömürlə çəkilmiş rəsmlərin sonradan çəkilən manqan əsaslı təsvirlərin altında yerləşdiyini müəyyən ediblər. Bu fakt mağaranın müxtəlif dövrlərdə dəfələrlə ziyarət edildiyini göstərir.
Mütəxəssislər hesab edirlər ki, yeni metod Fransadakı digər tarixdən əvvəlki mağara rəsmlərinin yaşının da daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradacaq.
Müəllif: Roza
-
Sosial22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu








.jpg)


.jpg)



.webp)



















