Tabloid.az
Yeni ilin ilk günlərində necə geyinməli? – Fotolar
Qış aylarında qarderobumuzu bizi soyuqdan qoruya biləcək geyimlərlə zənginləşdirirk. Ancaq geyindiklərimizin ilin dəbi ilə uyğun olması da önəmlidir. Dəblə ayaqlaşan, modasevər xanımlar onsuz da 2014-cü ilin dəb tendensiyalarından xəbərdardırlar. Ancaq ilin sonuna yaxınlaşırıq və qısa bir müddət sonra yeni bir ilə - 2015-ci ilə qədəm qoyacağıq. Bəs Yeni ilin ilk günlərində dəbdən kənar düşməmək üçün necə geyinməliyik?
2015-ci ilin ilk aylarında xüsusilə də küçə və ofis stilində sviterlərin önəmli rol oynayacağını bildiyimiz üçün yeni ilin ilk günlərində geyinə biləcəyiniz 20 sviter modelini müəyyənləşdirmişik.
1.Özündən bəzəkli və ya sadə toxunma sviterlər
Klassik üslubda geyinənlər üçün bu modellər daha əlverişlidir. Cins şalvar və ya uzun ətək ilə kombin etmək olar. Qəhvəyi, ağ, krem və sarı rənglərinə üstünlük verə bilərsiniz.
2.Gül, çiçək naxışlı sviterlər
Təbiətdən ilham alınaraq hazırlanan bu sviterlər rəngarəngliyi sevən xanımlar üçün nəzərdə tutulub. Cins şalvarlarla kombinə edildikdə çox gözəl görünən bu sviterlərlə qış aylarına rəng qatacaqsınız.
3. Heyvan naxışları olan sviterlər
Bu sviter modelləri daha çox gənclər üçün nəzərdə tutulub. Qış aylarını da rəngarəng keçirmək istəyənlər üçün ideal seçimdir.
4. Şüarlı sviterlər
Gənc xanımların rahatlıqla geyinə biləcəkləri bu sviterlər 2015-ci ildə çox dəbdə olacaq. Demək olar ki, hamının üzərində bu sviterlərdən görə bilərsiniz. Özünüzə məxsus kombinlərlə fərqli görünmək də öz əlinizdədir.
5.Vodolazka
Yeni ilin dəbli seçimlərindən biri də vodolazkalar olacaq. Son illərdə yenidən dəbə minən bu sviter modeli kişi ayaqqabısını xatırladan ayaqqabı modeli ilə və saatla kombinə edildikdə möhtəşəm görünür.
Tabloid.az
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat