Tabloid.az
Təranə Qumral Elçin Əlibəylini məhkəməyə verir - VİDEO
“Space” telekanalında dava salan müğənni Təranə Qumral
hadisə barədə geniş məlumat verib.
O, AzNews.az-a açıqlamasında bildirib ki, verilişə dəvət olunanda mövzudan xəbərsiz olub: “Verilişdə gözləmədiyimiz halda yenə ötən il bizim ailədə baş verən hadisələrdən danışıldı.
Musa müəllim dedi ki, bizdən danışmayın, gedin atasız, nikahsız uşaq dünyaya gətirənlərdən danışın. Hər şey də bundan başladı. Mən bilmirdim ki, belə söhbətlər olacaq.
Çünki bizim söhbətlər ötən il oldu, getdi. Mən də bununla bağlı qadağa qoydum. Dedim ki, kim təkrarən bu mövzunu gündəmə gətirsə, həmin şəxsi məhkəməyə verəcəyəm. Yenidən bu söhbətə qayıtmağın adı yoxdur. Ona görə də verilişi tərk elədik. Mən həmin adamları məhkəməyə verəcəm.
Əvvəla, bununla bağlı məhkəmə qərarı var. İkinci də bizi verilişə çağıranda tamam başqa bir mövzunun müzakirə ediləcəyi deyildi. Orda isə bizə sürpriz etdilər. Buna görə də həmin verilişi hazırlayanları məhkəməyə verəcəyəm. Qoy veriliş yayımlansın, vəkilimlə danışacam”.
Qeyd edək ki, “Space” telekanalında yayımlanan “Günaydın” verilişi “SOY” prodakşının layihəsidir. Layihənin icraçısı isə tanınmış teleaparıcı Elçin Əlibəylidir.
Xatırladaq ki, Musa Musayev, Təranə Qumral və prodüser Təranə
Səmədova “Space” telekanalında “Günaydın” verilişinin qonağı
olublar. Əxlaq mövzusunda müzakirə zamanı cütlüklə prodüser Təranə
Səmədova arasında qalmaqal yaşanıb. Əsəblərinə hakim olmayan Musa
Musayev prodüserə hücum çəkib.
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO
-
Sosial13:25
Bakıda ucuz avtomobillər satışa çıxarılır - Siyahı
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
-
İqtisadi gündəm10:26
Rubl və avro ucuzlaşaraq görün neçəyə oldu