Tabloid.az
Yaz mövsümündə dəbdə olacaq saç düzümləri - Fotolar
Yazın gözəllik trendləri indidən bəlli olub. Tabloid.az xəbər verir ki, hörüklü və təbii dalğalı saçlar yaz mövsümündə də dəbdə olacaq. Xüsusən də yarım yığılmış saçlar daha aktualdır.
Təbii dalğalı saçları istər hörüklü, istərsə də, sancaqlarla yarımçıq toplaya bilərsiniz. Ofis stilində də olduqca qəşəng görünür. Hər üz quruluşuna yaraşdığı üçün heç düşünmədən istifadə edə bilərsiniz.
Yarım yığılmış saç modelləri arasında balıq quyruğu şəklində hörülən saçlar mənim ən çox bəyəndiyim saç düzümüdür. Balıq quyruğu hörüklərinin bu qədər populyar olmasında təbii görüntüsünün və bohem cərəyanın təsiri böyükdür.
Digər tərəfdən siz yaradıcılıq qabiliyyətinizdən aslı olaraq fərqli modellər yığa bilərsiniz. Bant saç modelinin artıq uşaq saçı olduğunu düşünsəm də, yarım yığılmış saçlarda çox bəyənirəm. Şəkillərdə gördüyünüz kimi, toplanması da olduqca asandır.
Saçlarınızı yarımçıq toplamağa qərar vermisinizsə və vaxtınız çox azdırsa, adi hörük modelini məsləhət görürəm.
Ümid edirəm ki, seçdiyimiz saç modelləri arasından öz zövqünüzə uyğun olan birini tapa biləcəksiniz.
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...