Tabloid.az
Yeməmisən qurbağa ətini, nə biləsən ləzzətini - FOTOLAR
Nigeriyada qurbağa kababını heç də hamı bəyənmir, lakin bəzi nigeriyalılar bu yeməyi ləzzətli sayır.
Publika.az BBC-yə istinadən xəbər verir ki,
Philip Paul qurbağa satır - o özü, arvadı və qızı qurbağanı dadlı
yemək sayırlar. Ailə mərkəzi Benue ştatındadır. Lakin indi onlar
şimal-şərqdə yaşayırlar, orada isə yerli camaat qurbağa yeməyə
öyrəşməyib.
25 yaşlı Philipin sözlərinə görə,
qurbağaları tutmaqdan asan iş yoxdur. Gecələr o, bayırda iplərdən
qurbağanı şirniklədirə bilən yem asır. Qurbağa ipə hoppandıqdan
sonra isə onu əllə götürüb torbaya yığmaq qalır.
Bundan sonra o, qurbağaları şişə taxır.
Philip bu bizneslə 2008-ci ildən məşğul olur. O, qurbağaları
Adamava ştatında tutub hazırlayaraq, hazır məhsulu qurbağa
kababının populyar olduğu Benua ştatına göndərir.
Philip Paul hazırlanmış şişləri yaşadığı
evinin divarına dayayıb qurbağaları qurudur. Bu mənzərəni görən
qonşular onları bu yeməkdən dadmağa heç də həvəsləndirmir.
Günəş altında 6-7 saat saxladıqdan sonra
Philip qurbağaları hisə verir.
Bişmiş qurbağaları sahibi ölçüsünə uyğun
qiymətə satır. 37 xırda qurbağadan ibarət bir şiş kəbabı Philip
1.50 dollara satır.
34 orta ölçülü qurbağadan ibarət 1 şiş
kababın qiyməti 2 dollar, 24 böyük qurbağadan hazırlanmış 1 şiş
kababın qiyməti isə 4 dollardır.
Bu cür hazırlanmış qurbağa kabab kimi də
yeyilir, eyni zamanda onu ədviyyat, pomidor, soğan və bibər ilə
pörtlədərək də yemək olar. Philip Paul sözlərinə görə, o,
qonşularını əmin etməyə çalışır kı, qurbağa balıqdan dadlıdır,
lakin qonşularını buna hələ ki inandıra bilməyib. Məlumatı BBC-dən
Christine Otieno tərtibləyib.
Oxumağa davam et
-
Magazin206:16“Mən heç cavan olmadım” - Elnarə Abdullayeva
-
Magazin104:14Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular - Foto
-
Magazin203:13Türk ulduz Ərdoğanı təhqir etməkdə şübhəli bilinir
-
Region02:42SEPAH-dan həyasız böhtan: Azərbaycanı hədələdi - Foto
-
Yaxın Şərq02:12Netanyahu İrana "çoxlu sürprizlər" vəd etdi
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq
-
Region7 Mart 22:48Rusiya müharibədə İrana görün necə kömək edir
































