Nida Xəbər
TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin 1-ci qeyri-rəsmi görüşü oldu - FOTO
Aprelin 16-da İstanbul şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin, müşahidəçi dövlətlərin, həmçinin Türkmənistan və Özbəkistanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə 1-ci qeyri-rəsmi görüş keçirilib.
Publika.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun ev sahibliyi ilə təşkil olunan görüşdə TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tanzila Narbayeva, Macarıstan Milli Assambleyası sədrinin birinci müavini Marta Mátrai, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Respublika Məclisi sədrinin müavini Fazilet Özdenefe, Türkmənistan Parlamentinin Beynəlxalq və parlamentlərarası əlaqələr komissiyasının sədri Maksat Kuliyev və TÜRKPA-nın Baş katibi Ramil Həsən iştirak ediblər.
Görüş zamanı qardaş dövlətlərin parlament sədrləri TÜRKPA-nın son dövrlərdəki fəaliyyətini yüksək qiymətləndirərək siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafına, xüsusilə təşkilat daxilində vahid qanunvericilik bazasının və model qanunların hazırlanması və tətbiqi istiqamətində birgə səylərə tam dəstək ifadə ediblər.
Görüş TÜRKPA-nın Baş katibi Ramil Həsənin son altı ay ərzində həyata keçirilmiş fəaliyyətlərə dair hesabatı ilə davam edib. Hesabatda üzv və müşahidəçi dövlətlərin parlament rəhbərləri və xarici işlər nazirləri ilə keçirilmiş görüşlər barədə məlumat verilib. Baş katib qeyd edib ki, TÜRKPA-nın islahat prosesi çərçivəsində yeni hüquqi sənədlərin hazırlanması başa çatıb və üzv dövlətlər bu barədə rəsmi şəkildə məlumatlandırılıb. Həmçinin 2027–2028-ci illər üzrə Büdcə Proqramının yekunlaşdırıldığı və bu istiqamətdə üzv dövlətlərin dəstəyinin gözlənildiyi vurğulanıb.
Baş katib Özbəkistan Respublikası Ali Məclisi Senatının yaxın vaxtlarda TÜRKPA-nın tamhüquqlu üzvünə çevriləcəyinə ümidvar olduğunu bildirib, eyni zamanda təşkilatın Türkmənistan, Macarıstan və ŞKTC ilə genişlənən əməkdaşlığını xüsusi qeyd edib. Ramil Həsən cari ilin sentyabr ayında Türkiyədə keçirilməsi planlaşdırılan “Avrasiyada yeni əməkdaşlıq: strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası” mövzusunda konfransa ev sahibliyi edəcəyi üçün Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa minnətdarlığını ifadə edib.
Qeyri-rəsmi görüş ailə fotosunun çəkilməsi və iştirakçıların TÜRKPA-nın cari fəaliyyətinə, eləcə də Baş katib tərəfindən təqdim olunan hesabatda əksini tapan məsələlərə dəstəklərini bir daha ifadə etmələri ilə başa çatıb.
Tədbirdə TÜRKPA Beynəlxalq Katibliyi Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, komissiya katibi Aynurə Abutalıbova, protokol xidmətinin rəhbəri Yadigar Məmmədov, təşkilati və inzibati məsələlər üzrə katib Ələsgər Ağayev, hüquq məsələləri üzrə mütəxəssis Azər Məmmədov və Baş katibin köməkçisi Tahmina Bakiyeva tərəfindən təmsil olunub.
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil16 Aprel 22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB16 Aprel 21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin116 Aprel 21:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ16 Aprel 21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...



































