Təhlil
Avtomobil sığortasında YENİLİK: Ödənişlər daha tez həyata keçiriləcək
Azərbaycan Mərkəzi Bankı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiqləyib. Yeni qayda ilə avtomobillərin icbari sığorta haqqının (NSMMİS) hesablanması dəyişib.
Yeni qaydalarla bağlı fikirlərini Publika.az-a açıqlayan sığorta eksperti Əli Bayramovun sözlərinə görə, bu qayda məsuliyyət sığortasını müəyyən edir və tərəflərə dəymiş ziyanların ödənişini təminat altına alır:
“Dəyişiklik vətəndaşlara rahatlıq gətirəcək. Bu sahədə xoşagəlməz halların sayı həddindən çoxdur. Əvvəl zərərçəkən hara müraciət edəcəyini, eləcə də zərərvuranın kimliyini və onun hansı sığorta şirkətinin müştərisi olduğunu bilmirdi. Proseslərin çoxluğu bir tərəfdən sığorta ödənişlərini gecikdirir və müştəri narazı qalırdı. Bundan sonra sığorta ödənişləri daha tez həyata keçiriləcək və müştəri razı qalacaq”.
Eksper hesab edir ki, sığorta şirkətləri yeni yanaşma əsasında iqtisadi effektivlik əldə edəcəklər:
“Çünki, inzibati və digər xərclər baxımından qənaətə səbəb olacaq. Əvvəl qəza ilə bağlı proseslərdə üç tərəf – sığorta şirkəti, müştərisi və zərərçəkən iştirak edirdi, amma indi iki tərəf iştirak edəcək. Yeni qayda rəqabət baxımından da mühüm əhəmiyyətə malikdir”.
Bayramov yeni qaydanın qəza tərəfləri arasında münasibətləri yaxşılaşdıracağını, problemləri isə azaldacağını bildirdi:
“Əgər yol qəzası baş veribsə, zərəçəkən müştərisi olduğu şirkətə müraciət edir və nümayəndə gəlib dəyən zərəri ödəyir. Sonra isə şirkətlər öz aralarında hesablaşma aparacaqlar”
Yeni qaydaya əsasən, avtomobil sürücülərinin yaşı və təcrübəsi az olduqda, tətbiq edilən sığorta haqqı da artacaq. 1 ilədək təcrübəsi olan sürücülər üçün sığorta haqqı 1,35 əmsala, 2-5 il təcrübəsi olanlar üçün əmsal 1,2-1,3 əmsalına vurulacaq...
Bu məsələni şərh edən müsahibimiz qeyd etdi ki, sığorta şirkəti sığorta təminatı verməzdən əvvəl üzərlərinə götürəcəyi riski dəyərləndirir:
“Əgər riskin başvermə ehtimalı yüksək olarsa, sığortanın məbləği də çox olacaq. Şirkətlər mənfəət əldə etmək məqsədi güddükləri üçün, bunu düzgün hesablamağa çalışırlar. Təcrübəsi az olan şəxslər şirkət üçün daha riskli sürücü hesab olunur və şirkət düşünür ki, onların qəza törətmək ehtimalı təcrübəli sürücülərə nisbətən yüksəkdir. Buna görə də həmin şəxslərdən daha çox sığorta haqqı almağa çalışırlar”.
Rövşən Ziya
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət








.jpg)






.jpg)


.jpg)



















