Təhlil
Paytaxtda ƏMƏK HAQQI: Rəsmi statistika REALLIĞI ƏKS ETDİRMİR - ŞƏRH
Bakı Şəhər Statistika İdarəsi yaydığı məlumatında paytaxt üzrə orta aylıq əmək haqqının 1066 manat olmasını yayımladı. Hesabatın 2022-ci ilin yanvar-iyun aylarını əhatə etdiyini və orta aylıq əmək haqqının 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 faiz artdığı göstərilir. Qeyd edək ki, bu məbləğ əməkhaqqından tutulmalardan əvvəlki məbləği ifadə edir.
Bu rəqəm nə qədər realdır? Doğrudanmı Bakıda əməkhaqqı belə yüksəkdir və bu məbləği verən qurumlar var? Bu varlı qurumlar hansı sahələrdə çalışır?
Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bu göstəricinin yüksək olmasının əsas səbəblərini açıqladı:
“Bu, müəyyən sektorlarda, o cümlədən maliyyə, bank, neft, sığorta, informasiya texnologiyaları kimi sahələrdə işləyənlərin yüksək məvacib alması ilə bağlıdır. Yəni, statistika əmək haqqı sahəsində real vəziyyəti əks etdirmir. Üstəlik, bu rəqəm ölkədəki mövcud minimum əmək haqqı göstəricisindən 3-3,5 dəfə çoxdur. Çünki, minimum əmək haqqı orta aylıq maaşdan bu qədər fərqlənməməlidir”.
Onun sözlərinə görə, statistik göstərici paytaxtın əmək bazarındakı real durumdan fərqlidir:
“Bu rəqəm Bakı əhalisinin aylıq gəlirləri ilə bağlı reallığı əks etdirmir. Regionlarda isə iş yerlərinin məhdud olması ilə bağlı əmək haqqı göstəricisi paytaxtdan xeyli geri qalır. Bu səbəbdən də işsiz əhali paytaxta üz tutur. Müvafiq qurumlar regionlarda məşğulluğun təmini üçün müxtəlif dövlət proqramları həyata keçirir, fəqət real mənzərə göstərir ki, nəzərdə tutulan hədəflərə çatmaq üçün vaxt lazımdır”.
E.Əmirov qeyd etdi ki, real mənəzərəni almaq üçün median əmək haqqından istifadə olunur:
“Bu gün ölkədə yüksək maaş alanların sayı çox olmadığına görə real vəziyyətin daha düzgün analiz olunması üçün istifadə olunan göstərici median əmək haqqıdır. Hazırda ölkədə muzdla işləyənlərin sayı 1 milyon 706 min nəfərdir. Onların 853 min nəfəri 410 manatdan az, 853 min nəfəri isə 410 manatdan çox maaş alır. Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı hesabatda median əmək haqqının bu səviyyədə olduğu göstərildi. Minimum əmək haqqı isə 300 manatdır. Median əmək haqı orta aylıq göstəriciyə nə qədər yaxın olsa, ölkə iqtisadiyyatı üçün müsbət göstərici hesab olunur. Amma ölkəmizdə onlar arasında fərq çox böyükdür. Bu isə əksər işçilərin minimum əmək haqqına yaxın məvacib aldığı deməkdir”.
Rövşən Ziya
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO