TANAP-ın arxasındakı oyun – Türkiyədəki xaosun ŞOK SƏBƏBİ
Bizi izləyin

Dünya

TANAP-ın arxasındakı oyun – Türkiyədəki xaosun ŞOK SƏBƏBİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan son səfəri Ankarada törədilən terror aktı ilə əlaqədar ləğv edildi. Azərbaycan prezidenti İlham Əliyev böyük bir jest nümayiş etdirərək martın 15-də Bakıda keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Ankarada keçirilməsini təklif etdi.

İki ölkə prezidentinin sədrliyi ilə keçirilən iclasda və sənədlərin imzalanma mərasimindən sonra həmrəylik və dostluq mesajları verildi.

Publika.az xəbər verir ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”nun imzalanması mərasimində dövlət başçılarının verdikləri mesajlar və xüsusilə qucaqlaşma səhnəsi Türkiyə mediasının diqqət mərkəzindədir.

“Haber7” saytının yazarı Taha Dağlı hesab edir ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, xüsusilə də Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi beynəlxalq gücləri narahat edir.

Onun sözlərinə görə, TANAP Türkiyə üçün nə qədər əhəmiyyətli bir layihədirsə, Qərb üçün də bir o qədər cansıxıcıdır: “Qərbin canını sıxan isə Türkiyənin TANAP-dakı payıdır. Bakı-Tiflis-Ceyhan neft boru kəməri layihəsində 11 ortaq var idi. Türkiyənin payı isə yalnız 6,5 faiz idi. Baxmayaraq ki, kəmərin böyük hissəsi Türkiyədən keçirdi. Neftin sahibi olan Azərbaycanın payı isə 25 faiz idi. O layihədə ABŞ-ın 3 ayrı şirkəti 14 faizlə qazanc sahibi olduğu halda, digər qazananlar fransızlar, italyanlar və yaponlar oldu”.

Taha Dağlı TANAP-da baş rolların Azərbaycan və Türkiyəyə məxsus olmasına diqqət çəkib: “Bakı-Tiflis-Ceyhanda 6,5 faiz olan Türkiyənin payı TANAP-da 30 faizdir. Yəni, ingilislərin Bakı-Tiflis-Ceyhan layihəsindən təkbaşına əldə etdikləri payı indi Türkiyə TANAP-dan alıb. İngiltərənin BP şirkəti isə 12 faiz paya sahibdir. 2013-cü ildən bu yana TANAP-ın nə qədər həyati əhəmiyyət daşıyan layihə olduğunu izah etməyə çalışdıq. Türkiyənin TANAP-dan 30 faizlik pay aldığı bir vaxtda Şimali İraqdan neftin ixracı barədə razılaşma tamamlandı”.

Türkiyəli yazar hesab edir ki, Türkiyədə baş verən son hadisələrin arxasında da məhz enerji sahəsində əldə olunan uğurlarla bağlı qısqanclıq dayanır: “Gəzi Parkı hadisələri baş verdi, ardınca 17 dekabr əməliyyatı gəldi. İngilislər TANAP-a, amerikalılar isə Şimali İraq neftinin ixracına şiddətlə qarşı çıxışlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm