Dəniz Zəkiyə BƏD XƏBƏR - 3 il həbs
Bizi izləyin

Dünya

Dəniz Zəkiyə BƏD XƏBƏR - 3 il həbs

Dəniz Səkiyə BƏD XƏBƏR - 3 il həbs

Türkiyənin tanınmış müğənnisi Deniz Zeki yenidən həbs olunacaq.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Respublika Prokurorluğu İstanbul 9 saylı ağır cinayətlərə dair məhkəməsinin “narkotik satışı ilə məşğul olmaq” cinayəti ilə mühakimə etdiyi müğənni barəsində verdiyi 6 il 3 ay həbs qərarını təsdiq edib.

Daha əvvəl 7 ay həbsxanada qalan Deniz Zeki yenidən həbsxanaya qaytarılacaq. 3 il daha həbsxanada qalmalı olan müğənni qərara etiraz edib: "Mən günahsızam və həbsxanaya geri qayıtmayacağam".

Qeyd edək ki, məhkəmə qərarını öz vəkilindən alan Dəniz Zəkinin şokta olduğu bildirilib. Hazırda evində olan müğənni görüldüyü ilk yerdə şəhər hüquq-mühafizə orqanları tərəfindən həbs ediləcək. Xatırladaq ki, bu istintaq çərçivəsində 2009-cu il fevralın 24-də həbs olunan Dəniz Zəki həmin ilin oktyabrında azadlığa buraxılmışdı.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm