Bildirçin
"Yeraltı dünyası"nın "qara qutusu" Lənkəranski və digər "oğru"ların SİRRİNİ AÇDI - FAKTLAR
“Bildirçin” bu dəfə ömrünü kriminal aləmə həsr etmiş, “yeraltı” dünyanın altını-üstünə gətirmiş, buna baxmayaraq yenə də fağır həyatını davam etdirən, yazıçı Bəhram Çələbi ilə söhbətləşdi. Verilən suallardan yayınmadan, tam səmimi cavab verən Çələbi, 70 illik ömrünün ən əsas anlarını bizimlə bölüşdü.
Publika.az həmin müsahibəni təqdim edir.
- Siz kriminal mövzusunda yazmağa nə vadar etdi?
- Mən əvvəllər idmandan yazırdım. Hətta şeir və hekayələr də qələmə almışam. "Lotu Bəxtiyar" rəhmətə gedəndə mən “sovetski”də yaşayırdım. Tanıyırdım onu, hətta arada onunla nərd də oynayardıq. 1992-1993-cü illərdə vətənimiz şəhidlər verirdi. Həmişə eşidirdim ki, Bəxtiyar həmin şəhid ailələrinə yardım edir. Çox vaxt isə adını gizli saxlayardı. 1998-ci ildə rəhmətə getdiyi gün məhəlləyə 10-11 min adam yığışmışdı. O zaman insanların belə şəxslərə olan sevgisinə şahidlik etdim. Elə bəlkə də yeraltı dünyadan yazmaq həvəsi məndə o zamandan yarandı.
- Kriminal dünyada ilk yazmağa başlayanda bu insanlar onu necə qarşıladı?
- İlqar Əlfi ilə “Avtoritet” qəzeti təsis elədik. Bir-iki belə insandan yazmağa başladıq. Bəxtiyarın özündən də yazı hazırladıq. Sonra məşhurlardan belə insanlarla bağlı fikir aldıq. Elə Çingiz Abdullayevdən də Bəxtiyarla bağlı fikir öyrənmişdik. Və gördük ki, Bəxtiyar haqqında hamı yaxşı fikirdədir. Ona hamı qardaş deyir. O, zaman qəzetimiz çox yüksək tirajla çap olunurdu. İnsanların marağını cəlb eləyə bilmişdik. Toxunduğumuz mövzularla hər kəsin sevgisini qazana bilmişdik.
- Təzyiqlər olunur sizə?
- Olurdu əlbəttə. Yeraltı dünya haqqında yazmağa başlayanda polis bölməsi bizi çağırıb, ifadəmizi almışdı. Bizdə bu dünya ilə heç bir əlaqəmizin olmadığı, sadəcə onlarla bağlı yazı yazdığımızı bildirmişdik.
- Bu aləmə yaxşı bələdsiniz. Sizcə Azərbaycanın ən yaxşı, ən sözü keçən “oğrusu” kimdir?
- Mənim "Lotu Bəxtiyar"la ünsiyyətim olub, "Tete Nərimanla" da çox məclislərdə olmuşuq. Demək olar ki, hər gün görüşüb, söhbətləşirdik. Çoxu ilə tanışam. Məsələn, "Qızıldiş Mamed"lə, "Bığ Nəriman"la, "Göyçə Sabir"lə. Amma Bəxtiyar hamısından məşhur idi. Ondan sonra gəlirdi "Sabirabadlı Hikmət". Bir dəfə o, məni restorana apardı. Onun danışığından hiss elədim ki, necə intellektual insandır. Haradan sual versən, oradan cavab verərdi. Bu adam bilikli idi.
- Yazdığınız qəhrəmanlardan hansı xoşbəxt olub?
- Heç biri (gülür). Məsələn qarğa 300 il yaşayır, amma qartal 5-10 il. Oğrular həmişə deyir ki, qartal ömrü yaşayırıq. Bu yola ayaq basanda, bilirlər ki, bu yolun yükü çox ağırdır. Mən insanlar tanıyıram ki, onlara oğurluq titulu vermək istəyiblər ammma onlar bundan imtina edib. Çünki bu, çox böyük məsuliyyətdir. Burada insan taleləri həll olunur. Ona görə hər adam bu yükü qaldıra bilmir. Novxanıda “Əli qardaş” deyilən birisi var. Hər şeyi oğru qanunu görə reallaşdırardı. Dəfələrlə bu insana "qanuni oğru" olmasını təklif ediblər. Amma imtina edib.
- Rövşən necə insan olub?
- Lənkəranda yasında olanda hamı ondan qibtə ilə danışırdı. Onun haqqında hamı yaxşı fikirdədir. Orada eşitdim ki, bəs Rövşənin anası xeyriyyə proqramlarında çıxan insanlara yardım edirmiş. Dəfələrlə olub ki, Xoşqədəmin verilişində yardım istəyənlərə, anası kimliyini gizlədərək yardım göstərib. Və bunların hamısını heç Rövşənə də deməyib. Rövşən özü də yardımsevər insan olub. Tverdə uşaq koloniyasına etdiyi yardımları eşitmişəm. Onlara həm pul verərdi, həm də xəstə uşaqların dərmanlarını alıb göndərərdi. Məsləhət verib, pis yoldan çəkindirməyi də unutmazdı.
- Rövşən Lənkəranski ölməyib deyirlər...
- Necə ola bilər ki, mən yasda özüm gördüm, əmisi, dayısı qardaşı necə ağlayır.
- Rövşənin kitabından sonra sizə münasibət necə oldu?
- Mən orada olanda kitabımı hamı alqışladı. Bundan əvvəl "Sabirabadlı Hikmət" rəhmətə gedəndə 8 səhifəlik bülleten buraxmışdıq. Bu kitabı əslində bülleten əvəzinə buraxmışam. İndi "Rövşən Lənkəranski"nin həyatından bəhs edən böyük bir kitab hazırlayıram.
- Başqa səpkidə yazmağı düşünmüsünüz?
- Özümdən goplayıb nə isə yaza bilərəm. Məsələn, kriminal qəhrəmanlarının başına gələn hadisələri götürüb, orasını-burasını düzəldib roman yaza bilərəm. Amma bu, o qədər maraqlı deyil, mənim üçün.
- Bu qədər məlumatı haradan əldə edirsiniz?
- Ailələri ilə danışıram, dostları və yaxınları ilə ünsiyyət qururam. Elə çox vaxt özlərindən alıram məlumatları. Yəni, məni artıq tanıyırlar. Bilirlər ki, nə haqda yazıram. Axı mən onların ancaq müsbət tərəflərini göstərməyə çalışıram.
- Hansı avtoritetlər haqqında yeni kitablar gözlənilir?
- "Novxanılı Əli qardaş", "Lotu Söhbət" deyilən "qanuni oğrular" var, onlardan yazıram. Bəxtiyar onu kriminal aləmin İmamı adlandırırdı. Çox heyf ki, əksəriyyəti heç 40 yaşına kimi yaşamayıb. Sonra "Sibir Sabir" deyilən biri haqqında kitab işləyirəm. Hazır olan kitablarım da var, ancaq imkanım yoxdur onları çapa verim.
- Bəs nə əcəb avtoritetlərdən kömək istəmirsiniz?
- Yox, olmaz. Onlarda elə qayda yoxdur. Onlar ancaq məhbuslara kömək edirlər. Məsələn mən Lənkəranda dəfələrlə oldum, həmişə məni qonaq edirdilər. Adam da nə qədər yeyər. Ancaq elə-belə heç vaxt pul verməzlər. Mən özümdə heç vaxt onlara deməmişəm mənim vəziyyətim pisdir, ya yaxşıdır.
- Kitablarınızdan nə qədər qonorar alırsınız?
- Çox az alıram. Mən kitablarımı “Qanun” nəşriyyatın da çap elətdirirəm və Şahbaz mənə bunun üçün çox az pul ödəyir. Qalanı isə qoyur cibinə. Bilirəm ki, Rövşən Lənkəranskinin kitabı 3 dəfə 1000 nüsxə çap ediblər. Beş manatdan hesablasaq, 15 min manat pul edib. Şahbazsa mənə cəmi 400 manat pul verib. Özü kimi “Hacıqara” heç yerdə görməmişəm. Qabaqlar 300 dollar verirdisə, indi 400 manatı dollara çevirəndə heç 200 dollar eləmir.
- Bəs niyə onunla işləyirsiz?
- Başqa nəşriyyat evləri belə mövzuları çap eləmir axı.
- Axı bu, haqsızlıqdır. Avtoritetlər heç olmasa bununla bağlı sizə kömək edə bilərdilər...
- Vallah eləmirlər də. Mən yalan deyəsi deyiləm ki.
- Neçə kitab yazmısınız indiyə kimi?
- 15.
- Ancaq bu kitablardan elə bir gəlir əldə etməmisiniz?
- Yox. Elə kitabım var ki, 2003-cü ildə çap olunub 500 ədəd satılıb. Və hələ də onu çap edib, satışa çıxarırlar. Həm də bu, mənim ən məşhur kitabım “Diktator Ağa Kərim”dir. O vaxtı “Monitor” jurnalın arxa səhifəsində onun reklamı gedirdi. Həmin kitab rus dilində də tərcümə olundu.
"Sabirabadlı Hikmət"lə bağlı yazdığım kitabda eşitmişəm ki, Moskvada Hikmətin öz bazarında reket üsulu ilə 20 min nüsxə çap edib satırlar. Onlar qazanırlar, mənsə qıraqdan baxıram...
Mələk Heydərova
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”