“Qanla olunan cadular çox çətin təmizlənir “ - - FOTO
Bizi izləyin

Bildirçin

“Qanla olunan cadular çox çətin təmizlənir “ - - FOTO

EKSTRANSENS AQİL ÇOX SİRLƏRİ AÇDI

-Publika.az ekstrasens Aqillə müsahibəni təqdim edir.

-Hər şey necə başlandı ?

-13 yaşımda iki ay yatıb ayılmamışam. Yanvarın 1-dən fevralın 27-ə kimi. Ayılandan sonra hər hansı bir şəkillər, ruhlar görməyə başladım. Ölüləri hiss etdim və belə.

-Buna görə yaşıdların arasında problemlər yaşanmayıb?

- Olurdu. Heç kim inanmırdı mənə. Elə fikirləşirdilər ki, mən sadəcə dərsə gəlməmək üçün bəhanələr uydururam. Hamı da bilirdi ki, mən məktəbdə yaxşı oxuyan şagird olmuşam. Müəlliməmizin anasının ölməyini ilk mən hiss etdim. Bir gün rəsmxətt dərsi idi. Müəllimə yaxınlaşdım və anasının öləcəyini söylədim. Üzərindən bir neçə gün keçən kimi anası rəhmətə getdi.

-İlk təəssüfləndiyin proqnoz nə olub?

- Yox, dediyimə görə niyə peşman olum? Yoxdur elə bir proqnozum...

- Olub ki, nəyisə görmüsünüz amma deməmisiniz?

- Demək olar ki, gün ərzində gördüyüm hər şeyin 80%-ni gizlədirəm .

- Səbəb ?

- Çünki, insanlara çox informasiya verilməməlidir. Nə qədər kifayət edirsə mən bilirəm və o qədərini insana deyirəm.

- Siyasi və ya iqtisadi proqnozlar verirsənmi?

- Əvvəllər verirdim. İndi hal-hazırda vermirəm.

- Elə bir həqiqət varmı car çəkib demək istəyirsən amma deyə bilmirsən?

- O qədər ... Öz gələcək həyatımı düşünərək demirəm. Çünki, hər bir insan kimi mən də yaşamaq istəyirəm.

- Bu qabiliyyət ilə sevmək də çətindir. Qadınlarla necə ünsiyyət qurursan?

- Həyatımda bir dəfə sevmişəm . Ancaq həmin xanımla mənə vergi veriləndən bir müddət sonra ayrılmışıq. Qadınların demək olar ki, 95%-i yalan danışır. Onların yalanını tuturam. Hazırda həyatımda biri var.

- O xanım sənin öncəgörməni bilir?

- Bilir. O xanım mənim haqda hər şeyi bilir. Mənim yalan danışmaq, gizlətmək kimi bir xüsusiyyətim yoxdur.

- Hansısa məşhur haqqında bizə eksklüziv proqnoz verə bilərsənmi?

Bu yaxınlarda bir sayta Madonna, Nazpəri və Aygün Kazımova haqda proqnoz vermişdim. Bunu paylaşdılar və şərhlərdə Nazpəri çox arıqlayıb, zatən xəstə idi yazdılar. Madonnanın səhhəti haqda problem yarandığını hansısa sayt verib, dedilər. Guya orda götürüb özümdən uydurmuşam. Ona görə, fikirləşirəm ki, heç bir məşhur haqda bundan sonra heç nə danışmayacağam.

- Müsahibələrinin birində Ağdaş hadisələrini şərh etmişdin, oxşar hadisə Xudad qəsəbəsində də oldu. Səncə bu nədir?
-Biz insanlar təbiəti sındırırıq, qırırıq. Hətta vəziyyət o yerə çatıb ki, biz qəbiristanlığı dağıdıb, yerində ev tikirik. Bunu etmək olmaz. Çünki, ölülərin yeri var. Onları müdafiə edən heç kim yoxdur. Onların yerini dağıdıb, ev tikmək nə dərəcədə düzgündür? Bu ölümlə, dəliliklə nəticələnə bilər. Onların ruhu var. Belə şeylər olmaz.

-Ən təhlükəli cadu hansıdır və ondan təmizləyə bilirsənmi?
-Ən təhlükəli cadu deyilən bir şey hələ ki, yoxdur. Çünki, hər cadunun bir təhlükəli xüsusiyyəti var. Bir neçə ay bundan qabaq yanıma bir nəfər gəlmişdi. O insan xaricdə yaşayır. O insana Afrikadan bir nəfər cadu edib. Mən hələ elə bir cadu növü görməmişdim. Təmizləməyə cəhd etdim və təmizlədim. Ancaq, özüm belə inanmırdım bunu təmizləyib qurtara bilərəm.

-Ən çətin təmizlənən cadular bəs hansıdır?
-Qanla olunan cadular çox çətin təmizlənir. Bir də nekromantiya magiyası var. Bu bir başa qəbiristanlıqla bağlıdır. Yerin altında üçüncü qata qədər gedib çıxan bir magiyadır. Orada olan cadular bəlkə də təmizlənir, ancaq çox az hissəsi. Tam təmizləmək qeyri-mümkündür.

-Qorxulu filmlər, əsasən də cinlərlə bağlı filmlərə baxmısan yəqin. Səncə, filmdə baş verənlərin realda olması mümkündür? (misal olaraq, bir filmdə cadu olunan şəxs cinlər tərəfindən yerin alt qatına aparılır və cəhənnəmə məhkum edilir)
-Boş söhbətdir. Ölülər bu dünyadadır. Heç kim heç yerə getmir. Bir intihar edənlər göyün 6-cı qatında ilişib qalır. Nə yeddinci qata qalxa bilirlər, nə də bizim yaşadığımız 5-ci qata düşə bilirlər.

-Xəstəlikləri necə müalicə edirsən?
-Əvvəllər edirdim, amma hazırda etmirəm. Sağlamlığım əlimdən gedir. Sadəcə özümə çox yaxın bildiyim insanları müalicə edirəm.

-Kiməsə xidmət etməkdən çəkinmirsən?
-Kaş ki, çəkinərdim. Elə ona görə də belə olub.

-Necə olub?
-Belə ... (susur-red.)

-Bəxt açmaq və ya alın yazısını dəyişmək mümkündür?
-Bəxt açmaq sözünü mən qəbul eləmirəm. O şarlatanların istifadə etdiyi sözdür. Alın yazısı bir doğulduğun gün, öldüyün gün, valideynlərinin adı və doğulan övladlarının sayıdır. Alın yazısını dəyişmək mümkündür. Bunun üçün ekstrasensə ehtiyac yoxdur insan özü də bunu edə bilər.

-Əgər bir insana cadu olunarsa, onun qan qohumları bundan zərər çəkə bilərmi?
-Bəli olar. Ən çox da övladları və valideynləri. Çünki, arada energetik bağ olur. İstər-istəməz cadu həmin insanlarda da özünü göstərir.

-Sənə ən çox cadu etməklə bağlı müraciət edirlər, yoxsa təmizlənməklə?
-Təmizləməklə bağlı ... Cadu ilə bağlı müraciət edənlər bilir ki, onları təmizləyib, həmin cadunu onu edənin elə özünə geri qaytarıram.

-Bildiyimizə görə, torpaqla, bizneslə bağlı işlər görmək çətindir ancaq sən bunu bacarırsan. Yəqin çoxdur bununla bağlı müraciət edənlər?
-Bəli, maddi durumlarını düzəltmək üçün çox müraciət edən var. Demək olar ki, hal-hazırda ən çox gələnlər sırf biznes məsələləri üçündür.

-Bu yaxınlarda maşın almısan. Mübarəkdir.
-Yox avtomobil almamışam, hədiyyə veriblər.

-Kim verib?
- Bir xanım. Həddindən artıq çox imkanlı bir ailədir. Yeganə Azərbaycanda ailədir ki, mən o insanların evinə gedirəm. Həmin xanım maşını hədiyyə edəndə bunu gördüyüm işlərlə bağlı olmadığını, ürəyindən keçir deyə hədiyyə etdiyini deyib. Açığı çox bahalı avtomobil hədiyyə etmək istəyirdi, ancaq mən onu qəbul etmədim, çünki insanlardan istifadə etməyi sevmirəm.

- Olubmu ki, yanına gələnlər səndən qabaq başqa ekstrasenslərə getdiklərini ancaq heç birinin köməyi olmadığı bildiriblər
- O qədər. Əksəriyyəti, elə bu ifadəni işlədir.

- Televiziyalara çıxdığına peşman olmamısan?
-Olmuşam.

-Niyə? Axı tanınmısan.
Məncə, tanınmasaydım daha yaxşı idi. Azərbaycana gələndə tanınmaq istəyirdim. İstedadımı göstərmək, insanların bəzi şeyləri anlamağını istəyirdim. Belə ki, insanlar hər şeydən ötəri falçı yanına getməməlidir, özləri öz məsələlərini həll etməlidir və edə bilər də. Maarifləndirmək istəyirdim. Falçı ilə ekstrasensin fərqini göstərmək. Amma anladım ki, insanlara bu maraqlı deyil.

-Başqa ekstrasenslərlə aran necədir?
- Heç birinə qarşı neqativ hisslərim yoxdur. Amma hamısı mənim arxamca danışır. Mən bilmirəm onlara nə etmişəm. Bəlkə də ona görədir ki, yeganə ekstrasensəm ki, xaricdə məni daha çox tanıyırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm