Məşhur müğənni ərinin SİRRİNİ AÇDI: “Hədiyyələri mən alıram, o, isə...” - MÜSAHİBƏ (FOTO)
Bizi izləyin

Xüsusi

Məşhur müğənni ərinin SİRRİNİ AÇDI: “Hədiyyələri mən alıram, o, isə...” - MÜSAHİBƏ (FOTO)

Xəbər verdiyimiz kimi, dünən türkiyəli müğənni Petek Dinçöz azərbaycanlı aktrisa Məlahət Abbasovanın dəvəti, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə həyata keçirilən "Məlahətli söhbətlər" verilişinin çəkilişi üçün Bakıya gəlib.

Publika.az xəbər verir ki, verilişdə iştirak etmək üçün heç bir qonorar tələb etməyən ulduz Bakını çox sevdiyini dilə gətirib. Şəxsi həyatı haqqında maraqlı açıqlamalar verən müğənni həyat yoldaşı Serkan Kodaloğlunun romantik olmamasından gileylənib.

- Seriallarda çəkilməyi düşünürsünüz?

- Hələ ki belə bir planım yoxdur, gələcəkdə ola bilər.

- Teatra münasibətiniz necədir?

- Teatr səhnəsi serial və film çəkilişlərdən çox-çox çətindir. Ssenarini əzbərləmə qabiliyyətin çox yaxşı olmalıdır, mənsə tez-tez çaşıram. Bəlkə də bir gün özümü teatrda sınamaq qismət oldu. Bilmək olmaz.

- Türkiyədə sevgidən bəhs edən seriallar real həyatdan çox-çox uzaqdır. Sizcə, bu cür seriallar psixoloji baxımdan gənclərə və onların münasibətlərinə təsir edir?

- Xəbərlərdən onsuz da tez-tez ölüm-itim və xoşagəlməz hadisələrin baş verdiyini öyrənirik. Odur ki, artıq televizoru yandırdığım zaman ekranda neqativ enerji ötürən heç nəyə baxmıram, ancaq əhvalımı qaldıran verilişləri izləyirəm. Silah və atışmaların olduğu serialları şəxsən mən izləmirəm, lakin o cür layihələrdə çəkilən dostlarımın qərarına hörmətlə yanaşıram. Digər serialları da izləməyə vaxtım olmur.

- Seriallarda türk kişilərə həddən artıq romantik təsvir edilir. Bu, həqiqətən belədir?

- Vallah nə yalan deyim mənim ərim heç romantik deyil.

- Bakıda konsert verməyi düşünürsünüz?

- Yeni İli hər zaman Bakıda qarşılayıram. İnşallah bu il də bayramı həyat yoldaşım və oğlumla birlikdə Bakıda qeyd edərəm. Əlbəttə ki, solo konsert proqramı ilə çıxış etməyə hazıram.

- Övladınıza vaxt ayıra bilirsiniz?

- Bəli, oğlumun hər işi ilə özüm maraqlandığım üçün manikürüm də yoxdur, dırnaqlarımı qısa kəsdirmişəm ki, ona heç bir zərər dəyməsin.

- Oğlunuz sizi, yoxsa atasını daha çox sevir?

- Hədiyyələri mən alıram, amma “Onları səninçün kim alıb?” soruşanda atam deyir. Bilmirəm niyə belədir.

- Gözəllik sirriniz nədir?

- Sevgi və gözəl enerji. Özümü mümkün qədər neqativ olan hər şeydən uzaq tuturam. İnsanların mənə sevgidolu baxışları gözəlliyimi qorumağa yetir.

- Bir dəfə verdiyiniz müsahibənizdə heç vaxt ailə qurmayacağınızı demişdiniz. Amma bir il sonra toy xəbərlərinizi eşitdik. Qərarınızın dəyişməsinə nə səbəb oldu?

- Çox dua etdim ki, Allah qarşıma təmiz qəlbli bir insan çıxsın. Dualarım qəbul oldu.

Aytən,

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm