Xüsusi
Bu gün Harvard Universitetinin azərbaycanlı fəxri doktorunun yubileyidir
13 yanvar 2019-cu il - Azərbaycanın məşhur şərqşünas
alimi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi,
Harvard Universitetinin fəxri doktoru Rüstəm Musa oğlu Əliyevin
anadan olmasından 90 il ötür.
Publika.az bu münasibətlə Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat institutunun filologiya üzrə
fəlsəfə doktoru Zəhra Allahverdiyevanın böyük alim haqda dəyərli
xatirələrini təqdim edir.
-Rüstəm Əliyev 1929-cu ildə Şəmkirin Morul kəndində dünyaya
göz açıb. O, orta təhsilini başa vurduqdan sonra, 1946-cı ildə Bakı
Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və
burada 1 il təhsil aldıqdan sonra, Sankt-Peterburq Universitetinin
Şərqşünaslıq fakultəsinə köçürülüb.
O, XX əsrdə dünyada məşhur elm ocaqlarından biri hesab edilən
Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültəsində mükəmməl
təhsil almış, görkəmli şərqşünas-alim A.E.Krımskinin tələbəsi olub.
O, burada Şərq dillərini mənimsəməklə yanaşı, Avropa dillərinə də
mükəmməl yiyələnib.
1951-ci ildə Sankt-Peterburq Universitetini fərqlənmə diplomu
ilə bitirən Rüstəm Əliyev təhsilini Universitetin aspiranturasında
Şərqşünaslıq elminin mətnşünaslıq sahəsi üzrə davam etdirir və bu
sahədə böyük uğurlar qazanır.
O, 1954-cü ildə Rüstəm Əliyev “Sə`dinin “Gülüstan” əsərinin
elmi-tənqidi mətni” mövzusunda dissertasiyasını uğurla müdafiə
edir. O, 1955-ci ildə o zamankı SSRİ Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutuna dəvət olunur və burada (1955-1971-ci
illər) kiçik elmi işçi vəzifəsindən İnstitutun Şərqşünaslıq
bölməsinin rəhbəri vəzifəsinə qədər yüksəlir.
O, 1959-cu ildə Ömər Xəyyamın 293 rübaisini rus dilinə tərcümə
edərək (Məhəmməd Nuri Osmanovla birgə) , məşhur şərqşünas Y.E.
Bertelsin rəhbərliyi ilə 2 cilddə, Rusiyada çap etdirir. Rüstəm
Əliyev 1965- ci ildə Firdovsinin “Şahnamə”sinin elmi tənqidi
mətnini hazırlayaraq, (Y.E.Bertels və N.M. Osmanovla birgə)
Moskvada nəşr etdirir.
1968-ci ildə "Saadi Şirazinin poetik irsinin problemi"
mövzusunda doktorluq dissertasiyasını müdafiə edən Rüstəm Əliyev öz
bacarıq və bilikləri ilə dünya alimlərinin diqqətini cəlb etmiş və
bir sıra xarici dövlətlərin elmi müəssisələrində mühazirələr oxumaq
üçün dəvətlər almışdır. Hindistan, Misir, Mərakeş, İran, İraq,
Suriya, Tunis, Yaponiya, ABŞ, Böyük Britaniya, Fransa elmi mərkəz
və universitetlərində oxuduğu mühazirələr Rustam Əliyevə əsil dünya
şöhrəti gətirdi.
Görkəmli şərqşünas 1972-ci ildən Azərbaycan Milli Elmlər
Akademiyasında çalışmışdır. XX əsrin 80-ci illərində Azərbaycan
Nizamişünaslığının inkişafında onun müstəsna rolu olub.
Məlumdur ki, Azərbaycanın görkəmli dövlət xadimi H.Əliyevin
1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840
illiyi haqqında qərarı isə nizamişünaslıq problemlərinin həllini
Ümumittifaq miqyasında misli görünməmiş məcraya yönəltdi. Məhz onun
təşəbbüsü və himayədarlığı ilə 1981-ci ildə AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutunda ilk dəfə olaraq, ayrıca “Nizamişünaslıq”
şöbəsi yaradıldı və şöbəyə rəhbərlik dünya şöhrətli şərqşünas-
alim, professor Rüstəm Əliyevə həvalə olundu. Rüstəm Əliyevin
təşkilatçılığı və bilavasitə iştirakı ilə “Nizamişünaslıq”
şöbəsində Nizami Gəncəvi “Xəmsə”sinin yenidən nəşri, şairin
əsərlərinin Azərbaycan və rus dillərində filoloji tərcümələrinin
meydana gəlməsində və şairin həyatının, ədəbi mühitinin və
yaradıcılığının tədqiqi sahəsində mühüm işlər görülmüşdür. Onun
yetişdirdiyi neçə-neçə tələbəsi bu gün də onun keçdiyi çətin və
əzəmətli yolu davam etdirir.
Bu gün əziz müəllimim Rüstəm Əliyevin xatirəsini hörmətlə yad
edib deyirəm: Ruhun şad olsun, böyük ustad!
Leyla Sarabi
Oxumağa davam et
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”